Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə135/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   131   132   133   134   135   136   137   138   ...   321
Seçilmiş əsərləri X 
267 
göz altına almaq (izləmək), kökəncə, kökən, kökənli, dönəm, 
səpkili, seçim, öndər, sağlıq durumu, işbirliyi, bölgə, uluslara-
rası, yarlıq, cizgi filmi, endirim, sınırlar (sərhədlər), bitik, tele-
görüm, öncəgörmə, gülməcə, inanc, cangüdən, öncül, irəlici 
(mütərəqqi), seçdirmə (kursiv), örnək, düzgü, öpgü, saybil (he-
sab), atılqan (fəvvarə), görük (pəncərə), bağlantı, gələnək, gös-
təri (tamaşa), açun (kainat), doğu (şərq), batı (qərb), yerbaşı 
(qütb), qaytarqu (cavab), toplantay (qurultay), işbaşı (nəticə), 
başkənd (paytaxt), yerəyrisi (üfüq), yerbil (coğrafiya), göybil 
(astranomiya), düzənləmək, sapıntı, ilgic, suç, suçlama, basqı 
(təzyiq), yatırım, tanıtım, bulmaq, yapmaq, yavru, yasaq, sor-
ğu, bilməcə, yasaqlama, ayrımsız (fərqsiz), özgürlük, ortam, 
qapsamaq, altyapısı, doğum günü, özgür, (özünəməxsus), etki, 
yalotu, ötəsi, ruhsal, ulusal, tutumsal, yaşam tərzi, dəyərli, aş-
karlama, anında, saylı, bağlantı, bilim adamları, çağdaş, ziya-
rətçi (gələn), seyrçi,seyrçilər, olay, bəstəçi, yazar, telefon aç-
maq (zəng etmək), törən, kürəsəl (məşhur), dizənci (dirənmə), 
yönəlik, tutuqlama, suçlama 
və s.
Qohum dillərdən keçən bu qəbil sözlərin dildə alınma 
olmadığı fikrini irəli sürən dilçilər heç şübhəsiz ki, belə söz-
lərin tarixən eyni soykökdən olan dillərin hamısında mövcud 
olmasına əsaslanır. Bu fikirdə həqiqət olsa belə, bu sözlərin 
mövcud dildəki qrammatik formalaşma imkanları, o cümlədən 
mənbə dil mühiti nəzərə alınmaya bilməz.
Qeyd etməliyik ki, sözalmanın bu mənbəyi öz aktivliyini 
getdikcə daha çox hiss etdirməkdədir. Bu sözlərin quruluş mo-
deli dilimizin sözyaratma normalarına tamamilə uyğun gəlir. 
Qeyd etdiyimiz törəmə sözlərin əksəriyyəti 
-ım, -im, -um, -üm; 
-inti, -ıntı, - untu, - üntü; -laş, -ləş; -lı. -li, -lu, -lü; -sız, -siz, -
suz, -süz; -al, -əl; - an, -ən; -sa (qapsamaq); -qı, - gü
və s. şə-
kilçilərin köməyi ilə düzəldilmişdir. Bu şəkilçilər Azərbaycan 
dilinin məhsuldar leksik şəkilçiləri sırasındadır. Bununla belə, 
bu vahidlər sırasında dilimiz üçün qeyri-fəal olan və ya işlədil-
məyən; 
- c (ilgic); - əm (dönəm, önəm); - dəm (gündəm); -



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin