Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə137/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   133   134   135   136   137   138   139   140   ...   321
Seçilmiş əsərləri X 
269 
tivdır. Digər bir qismi Azərbaycan dilində həmin mənanı ifadə 
edən rus və ya Avropa mənşəli sözün sıxışdırılıb dilimizdən 
çıxarılması məqamında işlənməklə fəal mövqeyə keçmişdir. 
Belə ki, «dəstək», «dəstək vermək» sözləri məhz «mənəvi da-
yaq» məqamında son dövrlərdə dilimizdə işlənən «podderji-
vat», «podderjka» (rus mənşəli) sözünü sıxışdırıb çıxarmışdır.
Dilimizdə getdikcə daha artıq dərəcədə işləklik qazanan 
«görüntülər» (mənzərələr, çəkilişlər, peyzajlar mənasında), 
«gələnəklər» («ənənələr» əvəzinə), «bilim adamları» («elm 
adamları» əvəzinə), «bağlantı» (telefon əlaqəsi mənasında), 
«çağdaş» («hazırki» əvəzinə), «anında» («həmin dəqiqə» əvə-
zinə), «cavablamaq», «ziyarətçilər» (görüşə, məsləhətə, müali-
cəyə və s. gələnlər), «seyrçilər» («tamaşaçılar» əvəzinə), «so-
nuclamaq» (sona çatdırmaq), «olaylar» («hadisələr» əvəzinə), 
«saylı» («nömrəli» əvəzinə), «birlik» (dilimizdə «toplum» mə-
nasında işlənirdi), «bəstəçi» («bəstəkar» əvəzinə), «yazar» 
(«yazıçı» əvəzinə), «iyi» (yaxşı) və s. kimi sözlər Türkiyə 
türkcəsindən götürülmüşdür. Bu sözlərin böyük bir qismində 
struktur əlamətlər Azərbaycan dilinin sözyaratma modelinə 
uyğun olduğundan (kök+şəkilçi), eləcə də türk mənşəli oldu-
ğundan dilimizin lüğət materialı içərisində yad ünsür kimi gö-
rünmür, əksinə Azərbaycan dili belə sözlər üçün doğma mühit 
hesab olunur. «Cavablamaq» sözü «cavab vermək» əvəzində, 
sözə qənaət məqsədi ilə dilimizin şifahi nitq üslubunun məh-
sulu kimi meydana gəlmişdir. Bu strukturda (-la, -lə şəkilçi-
lərinin köməyi ilə) sözyaratma dilimizin məhsuldar modelləri 
sırasında olsa da, (müqayisə et «sayıqlamaq», «sığallamaq», 
«qılıqlamaq», «soraqlamaq» və s) «cavab» sözünün - la şəkil-
çisi ilə düzəldilmiş ifadə tərzi daha çox Türkiyə türkcəsindəki 
«sonuclamaq» sözünün quruluş tərzinə uyğun gəlir. Buradan 
isə belə qənaət hasil olur ki, dilimizin qrammatik quruluşu öz 
ilkin köklərinə möhkəm bağlıdır və hansı dilinsə təsirindən 
asılı olmayaraq, forma ona doğmadırsa, onu öz içərisinə alır və 
onu öz mühitinin məzmun planında sabitləşdirir.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin