293
Сечилмиш ясярляри
lX
variant və dubletlərlə bağlı fikirlərə də münasibət
bildirir. Müəllifin fikrincə variant eyniköklü
sözlərin məna eyniliyi ilə bağlıdırsa, dubletlik
eyniköklü sözlər arsında deyil,
müxtəlif köklü
sözlərdə meydana çıxır. Lakin variantların
inkişafının
müəyyən
mərhələsində
dubletə
keçməsinin mümkünlüyünü də qeyd edir.
Dubletlərin müxtəlif mənşəli eynimənalı sözlərdən
ibarət olması barəsində müəlliflər arasında demək
olar ki, fikir ayrılığı yoxdur. Lakin H.Həsənov
dubletlərin üslubi rolunu inkar etmir.
Bu isə o deməkdir ki,
dubletlər bir leksik-
semantik kateqoriya kimi, dili nəinki ağırlaşdırmır,
onu təkrardan uzaqlaşdırır, dildə üslubi koloritin bu
və ya başqa formasını yaradır.
Lakin dildə formaca müxtəlif, mənaca tam
eyniyyət təşkil edən vahidlər təkcə alınmalarla
bağlı olmayıb, dilin daxili imkanları əsasında da
formalaşa bilir. Belə leksik-qrammatik vahidlər
semantik cəhətdən tam
eyniyyət təşkil etdikləri
üçün sinonimlərə, mənşəcə alınma olmadığı üçün
dubletlərə daxil edilmir. Dilin leksik-semantik
hadisələri
sırasında
bu
problemin
geniş
araşdırmaya ehtiyacı vardır. Elə buna görə də bu
problemin araşdırılması
bu gün üçün dilçiliyin
aktual problemləri sırasındadır.
Linqivistik ekvivalentliyi dilin həm leksik və
həm də qrammatik vahidlərində müşahidə etmək
mümkündür.