DüĢüncə sarayının,
Otaqları boş daha.
Mənə əlvida deyən,
Ümidlər sərxoş daha.
Uçulub
söz sabahına
Gedən körpülərim mənim.
Söz macalı
verib mənə
Tanrıdan səda gəlmişəm.
BənövĢə dodağı
qaçır torpağın,
Səbrimin ətəyilə
Gözümü sildim, yetər.
At
zamanın
sənə düşən
küncünə.
Poetik nitq üçün olduqca xarakterik olan belə
nümunələr şairin fərdi yaradıcılıq üslubunun
581
Сечилмиш ясярляри
lX
göstəricilərindən olmaqla, həm də bədii dil
sahəsindəki söz və ifadə yaratma uğurlardan xəbər
verir.
Hələlik okkozional səviyyədə qalsa da,
«düşüncə sarayı», «söz sabahı» «söz macalı»,
«yerin bənövşə dodağı», «səbrimin ətəyi»,
«zamanın küncü», «əzabımın gözləri», «qumlara
yaz hirsini» və s. kimi saysız obrazlı ifadələr öz
assosiasiya imkanı ilə şairin söz və ifadə yaratma
potensialının dərin qatlarından xəbər verir.
Ümumiyyətlə götürdükdə isə istər lipqvistik,
istərsə də okkazional neologizmlərin yaranmasında
dil qanunlarından kənar heç nə yoxdur. Başlıca fərq
ondan ibarətdir ki, linqvistik neologizmlərin
ümumxalq dilinə daxil olma imkanları daha
çoxdur. Fərdi neologizmlərdə isə bu imkan aşağı
səviyyədədir. Hər halda, istər linqvistik və istərsə
də okkazional neologizmlər dildə yeni yaranan
vahidlər kimi maraqlıdır.
Həqiqətən
də
Azərbaycan
yazıçılarının
düzəltdiyi bir çox neologizmlər üslubi məqsədlə
yanaşı, dildə məna təravəti ilə diqqəti cəlb edir və
lüğət tərkibinin zənginləşməsinə təsir göstərir.
Ümumdil neologizmləri bilavasitə alınma sözü
əvəz edir, tamhüquqlu vahid kimi, ədəbi dildə onun
yerində işlədilir. Okkazional neologizmlər isə ədəbi
dildən alınma sözü sıxışdırıb çıxara bilmir, əksinə,
həmin sözlə birlikdə dilin leksik-semantik
potensialını genişləndirən sinonim cərgə əmələ
|