Z.RZAYEVA
INFORMATION FORMING OF THE SYSTEMS OF SEARCH
IN THE SCIENTIFIC LIBRARY OF CENTRE
OF THE NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
SUMMARY
This article information have been devoted to forming of the systems of
search in the scientific library of centre of the National Academy of Sciences of
Azerbaijan.
Situation and development in 1970-1980 of the information systems of
search have been analysed in this article in the Scientific Library of Centre of
the National Academy of Sciences of Azerbaijan.
108
Mitra DADAŞİ NASRİN
Aspirant
TƏBRİZ UNİVERSİTETİ KİTABXANASININ
İNFORMASİYA AXTARIŞ SİSTEMİ
İnsanlar kitabları və digər informasiya daşıyıcılarını qoruyaraq gələcək
nəsillərə çardırmaq məqsədilə qədim dövrlərdən kitabxanalar yaratmağa başla-
mışlar. Kitabxanalar elmi-texniki tərəqqiyə kömək göstərməklə yanaşı, elm və
texnikanın nailiyyətlərini, mütərəqqi istehsal təcrübəsini yaymaq sahəsində də
mühüm işlər aparırlar. Məlum olduğu kimi, kitabxanalar ictimai-iqtisadi forma-
siyaları dəyişdirməsə də, cəmiyyətin hərtərəfli inkişafına təsir göstərir, milli,
elmi, mədəni və digər ictimai-iqtisadi amillərin təkamülünə xidmət edir. İran
İslam Respublikasında kitabxana izləri tarixin çox qədim dövrlərinə gedib çı-
xır. Tarixi mənbələrdən məlum olduğu kimi, ilk kitabxana Əhəmənilər dövrün-
də (b.e.ə.VI əsrin sonu-V əsrin əvvəli) təşəkkül tapmışdır. Bu kitabxana “İstəxr
kitabxanası” adlanmışdır. Makedoniyalı İsgəndər İranı məğlub etdikdən sonra
bu kitabxananın bütün kitablarını yandırtdı. XIV əsrdə Təbrizdə və digər
şəhərlərdə məscid kitabxanaları, mədrəsə kitabxanaları və zəngin şəxsi kitab-
xanalar da mövcud idi. (1, 2, 3, 6, 7).
Tehran Universitetidən sonra İranın ikinci universiteti 1946-cı ildə "Azər-
baycan universitet" adı altında təsis olmuşdur. Bu universitet müəyyən səbəb-
lərə görə bağlandı və yenidən 1948-ci ildə “Təbriz universiteti” adı altında işə
başladı. Hazırda bu universitetdə 13183 nəfər tələbə təhsil alır. Universitetdə
600 nəfər müəllim çalışır, onların da 50 nəfəri professordır (12,14).
Təbriz Universitetində 12 fakültə, 7 ixtisasda 3 ikiillik kurs kolleci, 1 ali
təhsil kompleksi var. Həmçinin bu universitetdə bakalavr pilləsində 81 ixtisas,
magistraturada 99 ixtisaslaşma və doktoranturada 76 ixtisas üzrə kadr hazırlıqı
həyata keçirilir (12,13,14).
Təbriz Universitetinin mərkəzi kitabxanasının yeni binası 2008-ci ildə
dövlət həftəsində işə başladı. Bu kitabxananın 14000 kv.metr ərazisi var və
oxucu zalında 900 nəfər yerləşə bilir. Bu kitabxananın oxucuları Təbriz Uni-
versitetinin tələbə, müəllim və köməkçi işçi heyətidir (11,20).
1968-ci ildə Təbriz universitetində “Manqala” adlı hind professorunun
köməkliyilə kitabxanaçılıq və informasiya ixtisası üzrə bakalavr və bir ildən
sonra magistratura pilləsində kadr hazırlığına başlandı. Hazırda bu universitet-
də təkcə bakalavr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir (21).
Məlumdur ki, kitabxanalar daima əsaslı dəyişikliklərə məruz qalırlar.
Təkcə bir əsrin dörddə biri müddətində kitabxanalar mövcud kitab kataloqu
təqdim etmək üçün istifadə etdiyi ənənəvi kartoçka-kataloq sisteminə, çap
əməliyyatından isə CD-ROM üsuluna və CD-ROM üsulundan informasiyanı
109
axtarma əməliyyatına qadir olan veb axtarış sisteminə qədər dəyişikliyə
uğramışdır (10).
Bu gün kitabxana yalnız kitab və kartoçka ilə işləmir, eyni zamanda ən
müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə
ənənəvi fəaliyyətin keyfiyyətini yüksəldir, internet informasiya resursları, elek-
tron kataloq, elektron məlumat bazaları yaradır, onlayn rejimində oxucularla
əlaqə qurur. Müasir dövrdə kitabxana işi cəmiyyətin informasiyalaşdırılmasının
mühüm atributlaından biri kimi getdikcə mürəkkəbləşən, müasir texnologiya-
lara əsaslanmaqla yeniləşən fəaliyyət sahəsi kimi formalaşmaqdadır (3, 8).
Hər bir şəxsin, qrupun, kollektivin inkişafı mövcud informasiyaları ax-
tarmaq və istifadə etmək bacarığdan asılıdır. Bu, şagirddən tutmuş alimə qədər
bütün insanlara həm gündəlik, həm də gələcək fəaliyyətinin daha səmərəli
qurmaq üçün lazımdır (9).
Kitabxana proqram təminatı texnologıyasının geniş formada inkişaf etdi-
rilməsi əsasında kitabxanalar bu imkandan faydalanıb və çox keçmir ki, bir çox
kitabxanaçılıq işlərinin həyata keçirilməsi üçün kompüterdən istifadə etməyə
başlayıb və bu da kitabxana proqram təminatının qaydaya salınmasına səbəb
olur. Kitabxana proqram təminatı sənədləri saxlamaq, axtarmaq və kitabxana
işlərinin (o cümlədən informasiyanın axtarışı, sənədlərin evdə oxumaq üçün
oxuculara verməsi, kitabxana sənədlərin kataloqlaşdırılması işlərinin) yerinə
yetirilməsi üçün yaradılmışdır. Şübhəsiz ki, qeyd olunan işləri proqram
təminatı ilə qaydaya salmaqla əvvəlcə informasiyanı az müddət ərzində
rahatlıqla əldə etmək imkanı qazanmış oluruq. İkincisi kitabxana işlərini
diqqətli və effektiv, az kadr və az pul xərcləməyi həyata keçirilir. Xüsusi olaraq
yaradılan informasiya-axtarış sistemləri (İAS) informasiya axtarışının məqsə-
dinə xidmət edir. Belə sistemlər böyük həcmli informasiyaların saxlanılması;
tələb olunan informasiyanın tez bir zamanda axtarışı; saxlanılan informasiyanın
artırılması, redaktəsi və xaric edilməsi; informasiyanın istifadəçi üçün münasib
olan şəkildə çıxarılması və s. funksiyaları yerinə yetirirlər. Həmin səbəbdən də
Təbriz Universitetinin Mərkəzi kitabxanası 2001-ci ildə «Pars Azərəxş»
şirkətinin kitabxana proqram təminatı əsasında kitabxana işlərinin kompüter-
ləşdirilməsini həyata keçirmişdir (8, 21).
«Pars Azərəxş» şirkəti 1988-ci ildə ölkənin kitabxana və sənəd mərkəz-
lərinə kitab və qeyri-kitab materiallarını hazırlamaq hədəfi ilə işə başladı. Bu
şirkət 1981-ci ildən İranda şəxsi kompüterlərin əksəriyyəti dövlət idarələrində,
o cümlədən kitabxana-informasiya mərkəzlərində informasiyanı toplamaq və
saxlamaq və axtarış üçün istifadə olunurdu. Kitabxana proqram təminatının
dizaynına başladı. 1989-cu ildə “Mükəmməl kitabxana proqram təminatı” adı
altında bu şirkətin proqram təminatı mütəxəssisləri və bir qrup kitabxanaçı
vasitəsilə ilkin tədqiqat və layihə quruculuğu proyekti həyata keçirməyə
başladı. 1990-cı ilin əvvəllərindən bu proqram təminatın layihələşdirilməsi
110
ciddi şəkildə başlandı və sonrakı ilin sentyabrında bu layihənin ilkin versiyası
DOS əməliyyat sistemi adı altında və bir istifadəçi formasında təqdim olundu.
Bu sistemin öhdəsindən gəldiyi işlər və ondan istifadə etməyin asan üsulu
kitabxanaçıların və kitabxana məsulların diqqətini cəlb etdi və qısa müddət
ərzində istifadəçilər arasında çoxlu tərəfdarı oldu. Beləliklə də, kitabxana və
informasiya işi ilə məşğul olan qrupunun bu gözlənilməyən qarşılaşması və
onların qiymətli məsləhətlərinin köməyilə bu proqram təminatının ikinci
versiyası daha geniş imkanlar ilə «Novell» lokal şəbəkəyə əlaqələndirmək və
neçə istifadəçi qabiliyyəti ilə 1992-ci ildə meydana çıxdı.
Son illərdə daha qüvvətli kompüterlərin WINDOWS əməliyyat sistemi
ilə bazara daxil olması bu şirkətin DOS əməliyyat sistemi olan təcrübələrindən
istifadə etməklə yeni kitabxana proqram təminatı WINDOWS əməliyyat sistem
əsasında layihələşdirməsinə səbəb oldu. Beləliklə, 2000-ci ildə WINDOWS-
NT şəbəkə mühitinə əlaqələndirmək qabiliyyəti əsasında ərsəyə gətirdi.
WINDOWS əməliyyat sistemi mühitində artıq asanlıqla mətn yazmağa, hər
hansı bir qrafiki mühitində işləyib mausun düyməsinin sıxmaqla bir çox digər
əməliyyatları həyata keçirmək mumkundur. Bu əməliyyat sistemi mühitində
mətnə şəkil, slayd, animasiya və s. informasiya daşıyıcısını əlavə etmək olar.
Qüvvətli www mühitindən istifadə edərək yeni proqram təminatı
kitabxanalar və sənəd mərkəzlərinin biblioqrafik informasiyalarını internet
mühitində yayılması üçün «WinLib 2000» adı altında layihəsi hazırladı və ilk
versiyası 2000-cı ilin ortasında həyata keçirildi. Hal-hazırda ölkədə bir çox
kitabxanalar, universitet sənədlərin mərkəzləri, nazirliklər, mədəniyyət
mərkəzləri bu proqramdan istifadə edirlər (21).
WinLib 2000 proqram təminatının dili Borland Delphi-dir. Bu proqram
təminatının məlumatlar bazası İnterbase 705 dir. Onun arxitekturası Klient-
Server nümunəsi yeni xidmət qəbul edən və xidmət göstərən əsasında
proqramlaşdırılmışdır. Bu arxitektura əsasən kitabxananın proqram vəzifələrini
iki qismə ayırır:
Dostları ilə paylaş: |