Lentali konveyerləRİn hesablanmasi



Yüklə 400,41 Kb.
səhifə21/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Lentali konveyerl R n hesablanmasi

düsturu yaz
Burada φeht-qızdırıcının istismarı zamanı onların borularının səthinin çirklənməsini nəzərə alan əmsaldır, vəφeht=0,7-0,8 götürülür.
Tapılan F-əəsasən mazut qızdırıcısının tipi seçilir. Məsələn PM-40-15 PM-40=30 PM-10-60 PM-10-120 PMR-13-120 PMR-13-400 və s.
10.7 Mazut filtrləri. Onların təsnifatı quruluşu və iş prinsipi.
Mazutun tərkibindəki mexaniki qarışıqlar onun keyfiyyətini pisləşdirir. Belə ki, bu qarışıqlar mazut borularda və mazut təsərrüfatının avadanlığında çökərək, sisternin hidravliki müqavimətini artıraraq avadanlığın normal iş ahəngini pozur
Daha doğrusu, mazut qızdırıcılarının texniki müqavimətini artırır, odluqların sürtünmə nəticəsində tez sıradan çıxmasına səbəb olur.
Bütün bu problemlərin qarşısını almaq üçün mazut filtlərindən istifadə olunur.Mazut filtrləri 2 növə ayrılır.
1.Kobud filtrlər.
2.Narın filtrlər
Adətən, filtrlər bir-birindən torunun 1sm2-nə düşən dəliklərin sayı ilə fərqlənir. Beləki kobud filtrləri, əsasən, nasosların sonma xətlərində yerləşdirilir. Narın mazut filtrləri isə mazut qızdırıcılaarından sonra təzyiqli boru kəmərlərində yerləşdirilir.

Şəkil 10.36.Filtrin sadə prinsipal sxemi.
1-mazutun girişi. 2-mazutun çıxışı. 3-qapaq. 4-boru lövhəsi. 5-tor.6-buxar üflənən boru.7-çirk atılan borucuq.9-filtrin dibi
Şəkil.10.36-da mazut filtrinin sadə konstruktiv quruluşu göstərilmişdir.
Burada (1) girişdən mazut filtirə daxil olaraq, (5) torundan süzülərək, (2) çıxışdan xaric olur. Filtr müəyyən qədər işlədikdən sonra , mazutun tərkibində olan mexaniki qarışıqlar torun üzərinəçökür. Bu da filtirin məhsuldarlığın aşağı salır. Bu zaman filtirin filtirin təmizlənməsinə ehtiyac duyulur. Bu məqsədlə filtirin gövdəsinə buxar üfləmək üçün dəlikli boru bərkidilmişdir. Boru vasitəsiləüflənən buxar torun bütün sahəsi boyu paylanaraq, mazut çirkini yuyur. Daha sonra mazut çirki (7) borucuğu vasitəsilə filtirdən xaric edilir.
Torlu filtrlərlə yanaşıİES-lərdə nadir hallarda lövhəşəkilli filtrlərdən də istifadə olunur. Bu filtrlərin tez çirklənməsi onların tez tez yuyulması ilə nəticələnir. Bu da mazut nasosxanasının işində fasilələr yaradır. Bu isə yolverilməz haldır.

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin