64) Şəkərli diabetin əsas əlamətlərinə hansı aiddir?
A) Su yanğısı
B) Bütün sadalananlar
C) Dəri qaşınması
D) Poliuriya
E) Ağızda quruluq
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
65) Hamilədə kəskin piy hepatozunun inkiaşfını göstərən əsas simptomlar birindən başqa hansılardır?
A) Sklera və dərinin azacıq saralması
B) Qıcqırma
C) Qanda transaminazasının kəskin yüksəlməsi
D) Qəhvə qatılı qusma
E) Hipoproteinemiya
Ədəbiyyat: А.Н.Стрижаков, А.И.Давыдов. Клинические лекции по акушерству и гинекологии. «Медицина», Москва, 2000.
66) Çanaq gəlişində planlı şəkildə kesar kəsiyinə göstərişlər hansılardır?
A) Anatomik dar çanaq
B) Bütün sayılanlar
C) Müxtəlif etiologiyalı hipotrofik döl
D) Adəti düşüklər, anamnezdə ölü döl
E) 35 yaşdan yuxarı ilk doğan qadın
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
67) Hamilələrdə virus hepatitinin sarılıqönü dövrünün klinik mənzərəsində hansı simptomlar üstünlük təşkil edir?
A) Asteno-vegetativ sindrom
B) İntoksikasion sindrom
C) Qızdırma və dispeptik sindrom
D) Sadalananların heç biri
E) Kataral sindrom
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
Dostları ilə paylaş: |