Cədvəl 2: İkimərhələli Stoxastik Model İstehsal Planı (4 Ay)
Nəticə olaraq alınmış,
$4,695 dəyərini stoxastik ($ 747,145) modeli ilə daha yaxşı verilənlərə malik olan ($ 742,450)
modelinin fərqindən ala bilərik. Bu bizim gələcəyi və ya ödənməli olan maksimum pulu bilmədiyimiz üçün ödəmək
istədiyimiz dəyərdir.
ABC TƏHLİL OPERATİV KONTROLLİNQ ÜSLUBUNUN ƏSAS ALƏTİDİR
Toğrul POLUXOV
“Neftqazelmitədqiqatlayihə” İnstitutu
togruldownload@gmail.com
Tezisdə operativ kontrollinq fəaliyyətinin səmərəliliyini təmin etmək üçün ABC metoduna qarşı qoyulmuş tələblər şərh
edilmiş, ABC təhlilinin aparılmasının vacibliyi əsaslandırılmış, onun əsas istiqamətləri müəyyənləşdirilmiş və müasir
konrtollinq fəaliyyətində onun tətbiqinin üstün cəhədləri cədvəldə təsnifləşdirilmişdir.
Müasir bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın stabil,dinamik inkişafı üçün təsərrüfatçılıq proseslərinin yüksək
sürətlə inkişafı və onun yüksək peşəkarlıqla tənzimlənməsi zəruridir. Bu isə ilk növbədə kontrollinq fəaliyyətini həyata
keçirən nəzarətçilər yüksək səriştə, bacarıq və bilik tələb edir. Çünki müəssisənin istehsal fəaliyyətini uğurla həyata
keçirilməsi və mənfəətliyin təmin olunması kadr ehtiyyatlarından optimal şəkildə istifadəsi ilə əlaqədardır. Bunun üçün isə
menecerdən sonra, qərar qəbulunda lazimi şəxs olan kontrollerin seçilməsi, yerləşdirilməsi, onların peşə və ixtisas
dərəcələrinin yüksəldilməsi ilkin zəruri şərtdir. Çünki ierarxiya prinsipinə uyğun olaraq kontrollinq nəzarət orqanın apardığı
iqtisadi təhlilərin nəticəsi olaraq zəif yerləri müəyyənləşdirməli, mövcud iqtisadi potensialdan və daxili resurslardan
səmərəli şəkildə istifadəyə şərait yaratmalıdırlar. Bu da kontrollinq üslubunun düzgün seçilməsini, resursların idarə
edilməsinin səmərəli təşkilini, müvafiq kontrollinq alətlərindən istifadə ilə birbaşa əlaqədardır. Təbii olaraq istənilən
|