Mamaylı. Deyilənə görə Monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən
salması ilə el dilində həmin yer belə adlanıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan
verəndə “Mamay xanın dincəldiyi yer” deyərmişlər.
Hazırda kənd sakinlərinin dolanışığı yüksək səviyyədədir. Yol sarıdan heç bir
poblemləri yoxdur, işıqdan, qazdan gileyli deyillər. Magistral xəttə çıxan 3 km. yolu təmir
edilib. Kəndə 2004-cü ilin axırlarından mavi yanacaq verilir. 700 nəfərin və 168
təsərrüfatın qeydə alındığı kənd əhalisi müxtəlif məşğuliyyətdən gəlir götürür. Taxılçılıqla
yanaşı heyvandarlıq da inkişaf edir. Bir sözlə ərazinin 800 hektar yararlı torpaq sahəsinə
diqqətlə qulluq edən mamaylılar həm də abadlaşmış bir kəndin nümayəndələridirlər.
Növbəti inkişaf proqramına əsasən burada təzə məktəb binası, baxça və feldşer tibb
məntəqəsinin tikilməsi nəzərdə tutulub...