Küsnət. Cəmi 81 nəfər sakini olan bu balaca məkan Qəbələnin gəzməli, görməli
yerlərindəndir. Ətrafdan baxanda insana elə gəlir ki, dağlar qoynunda vəsf olunan hansısa
təbiət lövhəsinə tamaşa edirsən. Təbii rəng çaları ilə əhatə olunan, ilahi qüdrətinin
nişanəsini əks etdirən bu canlı əsərə məftunluğunu gizlədə bilmirsən. Rayona ezam olunan
tele-kanal işçiləri də dəfələrlə buranın görüntülərini lentə alaraq kəndin gözəlliyi
timsalında bütovlükdə ərazinin sevilən, diqqət çəkən zona olduğunu tamaşaçı
auditoriyasına təqdim etməklə maraqlı verilişlər yayımlayırlar. Küsnətlilərin turist
qonaqları da çox olur. Mərkəzə yaxınlığı, qeyri-adi təbiəti, yaşıl libası xoşa gəldiyindən
əraziyə axın var. Əsasən yerli turistlər kəndin boş evlərini kirayələyir, yay boyu istirahət
edirlər...
Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Burada 1130 nəfər
əhali yaşayır. Torpağı dəmiyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən
üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi
qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar,
işığı fasiləsizdir...