Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə38/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   34   35   36   37   38   39   40   41   ...   80
Xırxatala. Bərəkətli bağları, qapıları mal-qaralı, süfrəsi zəngin olan məkanlardan biri 
də bu kənddir. Rayonun  digər  ərazi vahidləri kimi burada da əhalinin tələbatına cavab 
verən infrastruktur yaradılıb. Fasiləsiz enerji verilir, yolu asfaltlaşıb, elektron ATS-dən 
istifadə edilir. Kəndin səhiyyəsi, təhsili də yüksək səviyyədədir. 
İmamlı. Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona 
üzrə eyni adda köhnə  kəndin mövcudluğu da yazılıb. Qəbələ  Oğuz yolunun yuxarı 
hissəsindədir və burada 400 nəfər  əhali yaşayır.  Əhalinin rifah halının yaxşılaşdırılması 
məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox 
salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl  əkənlər, tərəvəz yetişdirən camaat 
torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə  hər kəsin qapısında inəyi, süfrəsində 
ağartısı, qışa tədarükü boldur. Bir sözlə həyat üçün lazım olan bütün nemətlərdən dadırlar. 
Kənddə narahatlıq doğuran problemlər qısa vaxt ərzində aradan götürülür. Əsas magistral 
yola yaxın olduğundan gediş-gəlişə problem yoxdur. Kənd başının mərkəzi yolla arası 2 
km-dir. Elektron ATS  qurulub və elektrik enerjisi fasiləsiz verilir. Sayğaclaşma prosesi 
aparıldığından camaat işlətdiyi enerjinin pulunu vaxtında ödəyir və  işıq sarıdan korluq 
çəkmirlər. Kənddə icra nümayəndiliyi və bələdiyyə üçün təzə binalar tikilib.  
Kötüklü  kəndinin 600 nəfər  əhalisi var. Burada meyvəçilik inkişaf edib. Fındıq 
sahələri,  şabalıd ağacları  əkilmiş bağlar daha çoxdur. Təbii ki, quru meyvələrdən gəlir 


artdıqca kənddə iri buynuzlu mal-qaranın çoxalması da müşahidə olunur. Telefon xətti 
çəkilib, sayğaclaşmadan sonra fasiləsiz enerji təminatı, yəni işıq problemi həll edilib. 
Artezian quyuları qazılıb. Artıq müasir səviyyədə texniki avadanlıqlarla təchiz edilən yeni 
məktəb binası da məktəblilərin ixtiyarındadır... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin