Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   43   44   45   46   47   48   49   50   ...   80
Nohurqışlaq  kəndi rayon mərkəzindən 6 kilometr cənub-şərqdə Alazan Həftəran 
vadisindədir.  Əhalisinin sayı 2600 nəfərdir. Nohur göl ətrafındakı  əfsanəvi məkan olan 
Sahil pansionatı elə  kəndin yaxınlığındadır. Burada çalışanların  əksəriyyəti Nohurqışlaq 
sakinləridir.  
Mühüm təsərrüfat əhəmiyyəti olan bu göl 1950-ci ildə istifadəyə verilib.  
Kənd yolunu Qəbələ-İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda 
hissəsinə asfalt vurulub. Əhalinin içməli su ilə  təmin olunması üçün artezian quyusu 
qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib. 
Kənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni məktəb binası istifadəyə 
verilib. 2008-ci ildə gənclərə yeni tikilmiş stadion da hədiyyə edilib. 256 nömrə tutumlu 
ATS quraşdırılıb. 
Ovcullu. Vaxtilə bəyzadələr ailəsinə mənsub olan  iki ailə tərəfindən təməli qoyulan 
bu kəndin ilk nümayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr 
də  bəylərin xidmətçiləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar. Hazırda 
əhalisinin sayı 221 nəfərdir və 52 təsərrüfatda yaşayırlar.  
2008-ci il yanvarın 1-dən etibarən yeni ərazi vahididir. Burada yaşayan əhalinin maddi 
vəziyyəti ona görə yüksəkdir ki, camaatı  əməksevərdir. Bol taxıl sahələrindən, 
heyvandarlıqdan və meyvə bağlarından gəlir götürən ovculluların iş problemi yoxdur.  
Ovculluların iki ildir mavi yanacağı var. İçməli suyu artezian quyusu təmin etsə  də 
suvarmada  əhali Zalam qobusundan istifadə edir. Mənbəyi dağlardan başlayan və sel 
suları ilə müşaiyət olunan bu qobu bir neçə  kənd üçün təhlükəli olduğundan kənarında 
bənd qurulub.  Lazımi texnika və  fəhlə qüvvəsi  əraziyə  cəlb edilib, qalın bəndləşmə 
prosesi aparılıb.  
Regionların Sosial-İqtisadi  İnkişafı Dövlət Proqramına  əsasən (2004-2008) kənddə 
ibtidai məktəb binası tikilib. Bu hadisə  əhalinin razılığına səbəb olub, ancaq məktəbli 
uşaqların azlığı səbəbindən hələ məktəbin genişləndirilməsinə ehtiyac yoxdur. 
Qəbələ-Ağdaş magistralından 3 km içəridə olan Ovcullu camaatının daxili yolu da 
bələdiyyə hesabına hamarlanıb. 
Qarşıdakı illərdə kənddə iki mərtəbəli feldşer məntəqəsinin tikintisinə başlanacaq... 



Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin