Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   46   47   48   49   50   51   52   53   ...   80
Sarıhacılı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır 
olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı 
get-gedə aşağı düşüb. Hazırda  burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın 
öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm 
əhalinin sayında, həm də dolanışığında irəliləyiş var. Elə buranı misal çəkmək kifayətdir 
ki, Qəbələnin geridə qalmış kəndlərindəki inkişafdan söz açaq.  
İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da 
güclənib. Məktəb yaşlı  uşaqların sayı çoxaldıqdan sonra kənddə  məktəb tikintisinə  də 
başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var...  
Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430 
nəfər olan kənddə yaşayış, dolanışıq pis deyil. Əraziyə yaxın meşələrdən tonlarla meyvə 
yığılır, təkcə meşədəki qoz ağaclarından gələn gəlirlə  hətta beş illik azuqə toplamaq 
mümkündür. Otlaq sahəsi geniş olduğu üçün hər qapıda 7-8 baş iri buynuzlu mal-qaraya 
qulluq göstərilir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir. 
Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində 
torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi)  adlanan 
yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir.  Ərazidə qaynayan mineral 


bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin  əlacı hesab edilən və  şöhrəti 
yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin