Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   48   49   50   51   52   53   54   55   ...   80
Siləyli. Tarixdə bu adda tayfanın olduğu deyilir. Çox güman ki, həmin türk tayfasının 
adından götürülüb. Hazırda 300 nəfər əhalisi və 70 təsərrüfatı var. Rayon mərkəzi ilə arası 
37 km-dir. İri magistral yola çıxış üçün 17 km. qət etmək lazım gəlir. Ucqarda 
yerləşməsinə baxmayaraq yolu rahatdır. 
Ərazidə 2 artezian quyusu qazılıb. Suvarmada Qaraçaydan gələn arxdan istifadə 
olunur. Həmin su arxı 2008-ci ildə yenidən qazılaraq genişləndirilib. Hazırda  əhaliyə 
telefon çəkilişlərinə başlanıb. Növbəti illərdə bura qazın verilməsi üçün layihələrə baxılır. 
Ərazi icra nümayəndəliyi üçün yeni bina 2008-ci ildə tikilib.  
İki çayın Qaraçayla Göyçayın ortasında yerləşən Siləyli qədim tarixə malik olan yurd 
yeri olduğu güman edilir. Kəndin aşağısında üç tarixi abidə, Pirbucağı deyilən yerdə qəbir 
daşı üstündə yazılı sənduqə oxunarkən məlum olub ki, buradakı kitabədə göstərilən tarix 
qədim əsrlərdən soraq verir. 
Kurqan ikinci abidədir və onun da mühafizəsi və  tədqiqi tarixin açılmayan illərinə 
aydınlıq gətirəcək real dəlildir. 
Digər tapıntılardan biri, Qala arxeoloji abidəsi isə ona görə maraq doğurur ki, bu tarixi 
tikili Bakının qız qalasına bənzəyir. Vaxtilə su üzərində olduğu ehtimal olunur. İki çayın 
bir-birinə qovuşduğu, Qaraçayla Göyçayın bir məcraya yönəldiyi yerdə inşa olunan 
qaladan sudan mühafizə, həm də yadellilərdən qorunmaq məqsədilə də istifadə edilməsi 
güman edilir. Üç hissədən ibarət olan qala kənar tərəfdən dar, içəridən isə enli yarğanlarla 
qurulub. Eynən  İçəri  şəhərin qala divarları kimi silahlı basqını  dəf etmək, nizələri içəri 
buraxmamaq üçün müdafiə təminatı məqsədi daşıyır...  

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin