Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə53/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   49   50   51   52   53   54   55   56   ...   80
Sırt Yengicə. Toponimik araşdırmalara görə alimlər bildirir ki, Sırt “dağın beli” və 
Yengicə isə “təzəcə, yenicə” sözlərinin mənasını verir. Yəni “sırtda yaranmış yeni kənd” 
deməkdir. Burada 400 nəfər yaşayır və ərazinin relyefi qoyunçuluğa münasib olduğundan 
bu sahə inkişaf edir. Eyni zamanda taxıl üçün yaralı yerlər zəmilərə çevrilir.  
Adından bəllidir ki, füsunkar təbii gözəlliyi olan yurd yeridir və bu məkan da təbiəti 
sevən insanlara xoş gələn ərazilərdən hesab edilir... 


Yengicə. 500 nəfərin yaşadığı bu kənddə heyvandarlıqla yanaşı meyvəçilik də inkişaf 
edib. Burada da hiss ediləcək inkişaf nəzərə çarpır. Respublikanın hər yerindən kəndə 
gələn qonaqlar buranın qonaqpərvər camaatından ürək dolusu danışırlar. 
Ərazidə  əvəzsiz müalicəvi su olduğundan “Yengicə isti su sağlamlıq və istirahət 
kompleksi” istifadəyə verilib. Bu kompleksin inşasına 2006-cı ildən başlanıb və 21 
vannadan, 50 yerdən ibarət olan mərkəzdə insanlar nəinki  şəfa tapır, həm də  təbiətin 
qoynunda dincəlmək imkanı qazanır.  Əlavə müayinə otaqları  və 5 mərtəbəli  80 yerlik 
korpus da inşa olunub. Burada dəri, revmatik sümük və oynaq xəstəliklərinin müalicəsi 
aparılır. 50 nəfərin işlə  təminatı yerli əhalinin məşğulluğunda önəmli hadisədir. Bu gün 
dünya təbabətində olduğu kimi ölkəmizdə  də oynaq xəstəliklərindən  əziyyət çəkən 
xəstələr az deyil və rayonda da  eyni bəladan yüzlərlə insan narahatdır. Təbii yolla 
müalicə daha səmərəli hesab edildiyindən yenicə istifadəyə verilən mərkəzdə artıq 
növbələr yaranıb... 
Şamlı  Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub. 
Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun 
internetdə verilmiş “Qızılbaşlıq və  qızılbaşlar” adlı  məqaləsində  də qeyd olunur. 
Monqolların hücumu zamanı Türkiyəyə gedən  və  Şamda (Suriyada) məskən salan (o 
zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar 
Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş  və  İranda 
məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər... 
Hazırda kəndin 300 nəfər sakini var. Şamlılar tərəvəz sahələri və taxıl  əkir, 
heyvandarlığı inkişaf etdirirlər. Bu kəndin də bütün ehtiyacları ödənildiyindən  əhalinin 
dolanışığı sarıdan narahatlıq hiss olunmur...  

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin