Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
Yenikənd.  Vaxtilə Lazadan yuxarıda, Muçuq şəlaləsinə yaxın  ərazidə  məskunlaşan 
əhali 1955-ci ildən Düzyengicədə buranın təməlini qoyublar. İndi oralara ancaq yaylağa 
dönürlər. 1915 nəfər  əhalisi var və  kəndin 30 ailəsi yenə köçəri həyat sürür. Belə ki, 
Kürdəmirdə 3 min hektar qışlaq sahələri olduğundan qoyunçuluq inkişaf edib. 15 mindən 
artıq qoyun-quzuları var. Kənddə isə iki minə yaxın iri buynuzlu mal-qara saxlanılır. 
Zəhmətə bağlı insanlar alın təri ilə özlərinə rahat yaşayış yaradıblar.   


Kənddə 500 nəfər  şagirdin təhsil aldığı  və 50-dən yuxarı müəllimin çalışdığı orta 
məktəbdə isə tədrisin keyfiyyəti barəsində onu demək olar ki, hər il ali məktəblərə qəbul 
olunanlar arasında Yenikənd sakinləri də az deyil. Əhalinin təhsil səviyyəsi yüksək 
olduğundan burada digər bir məktəbin də tikilməsi məqsədəuyğun hesab edilib. 480 şagird 
yeri olan, iki mərtəbəli və müasir səviyyədə təchiz olunan yeni tədris korpusu 2004-2008-
ci illəri  əhatə edən Regionların Sosial-İqtisadi  İnkişafı Dövlət proqramına  əsasən 
şagirdlərin ixtiyarına verilib. 
Ərazidən keçən dağ çaylarının qarşısında bəndin qurulması isə yeni inkişaf layihəsində 
(2009-2013) öz əksini tapıb. Suvarma üçün yeni su mənbəyinin yaradılması  məqsədilə 
çayların qarşısında su anbarlarının tikilməsi planlaşdırılıb. Yenikəndlə  Bılıx arasında su 
terminalının tikintisi gündəmdədir. 
1600 hektar yararlı torpağın 1000 hektarı camaatın istifadəsində, qalanı  bələdiyyə 
mülkiyyətindədir.   

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin