Ölkəmizdə kifayət qədər görməli,
gəzməli yerlər var ki, xaricilərlə yanaşı yerli
əhalinin də marağına səbəb olub. Adını, səfalı təbiətini eşidənlər Qəbələni də gəzmək
sevdasına düşürlər. Yurdumuzun hər parçası tarixi insan məskəni olduğu üçün hamımıza
əzizdir və maraq dünyasının min bir sual doğuracaq məqamları sirli aləmin açılmasında
bugünün sakininə özü şahidlik edirsə niyə vətən torpağını qarış-qarış gəzməyəsən.?
Qəbələ də tarixin canlı şahidi,
təbiətin nadir incisi, dağların əhatəsində öz gözəl görünüşü
ilə diqqəti çəkən rayonlardan biridir. İstər
təbii şəraitinə, coğrafi vəziyyətinə,
istərsə də
mövcud tarixinə görə dünyanın sayılıb-seçilən turizm bölgəsinə çevrilmək imkanı artıq
bəhrəsini verməkdədir.
Yay aylarında bura insan axını başlayır. Bu məqsədlə yaradılan turizm-istirahət
məkanları müştərilərinə özünəməxsus xidmətləriylə seçilirlər. Hər
birinin özəl
üstünlükləri turistlərin diqqətini çəkir.
Dostları ilə paylaş: