könlünü oxşayır. Həyətindəki göldə yaradılan
ecazkar fantanlar, qayıqla gəzinti və
çimərlik də maraq doğurur. Yay mövsümünə uyğun olaraq açıq havada banket zalı
qonaqlıqların, diskotekaların təşkilində əsl məclis ahəngi yaratmaq üçün əlverişli sayılır.
Hətta bu eyvan sanki bir tamaşa zalını xatırladır və qonaqlığa dəvət almayanlar, istirahət
evinin digər sakinləri də məclisi izləmək imkanı qazanırlar
və musiqili gecənin
tamaşaçıları olurlar.
Beləliklə, “Duyma” dağlar qoynunda salınan balaca bir şəhəri xatırladır. Rəngarəng
işıqları ilə elə bil bu məkan gecənin qaranlığında alışan mayaqdır. Buranın müvəqqəti
sakinləri isə iri şəhərlərinin
səsküyündən bezib, bu sakit şəhərcikdə dincəldikdən sonra
Qəbələdəki bu cənnətdən ürək dolusu təəssüratlarla ayrılırlar.
Qəbələnin
“Yeddi gözəl” şəlaləsi Vəndam kəndindən mərkəzə gələn istiqamətdə, yol
kənarından
bir neçə kilometr içəridə, dağların əhatəsindədir. Buradan axan 7 şəlalə delta
şəklində pilləkənvari görünüşü ilə maraq yaradır. Dar taxta nərdivanlarla ta hündürlüyə
qalxanlar şəlalənin əsas mənbəyinə baxmaqla, yuxarıdan
seyr etdikləri gözəlliyin
füsunkarlığından doymur, axan su üzərində salınan körpüdə qəlyanaltı edir və yayın
qızmarında təbiətin bu parçasında da özlərini rahat və gümrah hiss edirlər.
Yol kənarındakı
“Yeddi gözəl” pansionatı isə yüksək zövqlə tikilib və həssaslıqla
işlənən layihə memarlıq üslubuna görə digər obyektlərdən fərqlidir. Milli dəyərlərə tam
cavab verən istirahət mərkəzi rayonun ərazisində xalq sənəti nümunələrinin canlı
muzeyini xatırladır və ən adi bir alət belə Qəbələyə xas olan sənətkarlıq nümunələrini əks
etdirir.
Ölkə başçısı İlham Əliyevin turizm sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıqlara
əsasən Qəbələdə də dövlət xətti ilə bir neçə marşrutlar müəyyənləşib ki, onların
tamamilə
istifadəyə verilməsindən sonra bu bölgəyə axının artacağı şübhəsizdir.
“Qəbələ”
Dostları ilə paylaş: