Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə65/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   61   62   63   64   65   66   67   68   ...   80
“Karvan” da müştərilərə xidmətdə seçilir. Həm də ədəbi, bədii tədbirlərin keçirildiyi  
bu məkan Qəbələyə toplaşan ziyalıların da yüksək qiymətini alıb. Ən müasir təminatı olan  
turizm hotellərindən biridir... 
Adları çəkilən bu məkanlar daima qonaq-qaralı olsa da, elə kəndlərdə də dincələnlər az 
deyil. Hər yay mövsümü qonaqpərvər camaatın qapıları açıq olur. Əvvəllər yayda bura 


axın varıydısa, indi qarlı günlərdə  də  Qəbələnin  əsrarəngiz qış görkəmini görmək 
istəyənlər qəbələlilərin qonağıdır... 
Turizmin genişləndirilməsi üçün bölgədə  hər cür imkanlar var. Təkcə Azərbaycan 
vətəndaşları üçün deyil, həm də MDB, Avropa, Amerika və Asiya ölkələrindən gələn 
qonaqlar üçün müvafiq infrastruktur yaradılır. 
Rayonda alpinizm də inkişaf edir. Burada yüksəkliyi fəth etmək arzusunda olanlara ən 
hündür zirvələrə  bələdçilik edənlər var və bir sözlə bu sahənin də inkişafı diqqət 
mərkəzindədir. 4000 metrlik zirvələrə, o cümlədən Bazardüzü (4466 m), Bazaryurd (4126 
m) və Tufan (4206)  zirvələrinə buradan da qalxmaq mümkündür. Alpinizm sahəsində 
dünyada tanınmış mütəxəssislərin ölkəmizə  gəlməsi üçün şərait yaradılacaq. Böyük 
Qafqaz dağlarının  ətəklərində yerləşən  ərazilərimizi turistlərə tanıtmaq məqsədi ilə 
helikopter turizmini inkişaf etdirmək nəzərdə tutulur.   
Bir sözlə dövlət sənədləri yerinə yetirilir və bu istiqamətdə  səmərəli fəaliyyət planı 
həyata keçirilir. Yeni turizm kompleksinin tikintisi sürətlə gedir. Birinci mərhələsi başa 
çatmış  “Qafqaz”  turizm-istirahət mərkəzinin tikintisinə baxış zamanı Azərbaycan 
prezidenti  İlham  Əliyev cənablarına bildirilib ki, 5 ulduzlu hotellər kompleksinin 
istifadəyə verilməsi ilə doğrudan da möcüzəli aləm ən çox turisti cəlb edən məkanlardan 
olacaq. Həm də turistlərin  ən çox üz tutduğu yerlər sabitliyi, əmin-amanlığı    və iqtisadi 
səviyyəsi yüksək olan dövlətlərdir ki, bunların da hamısına ölkəmizdə nail olunub. 
Azərbaycan nəinki region dövlətləri ilə müqayisədə, hətta dünyanın  əksər ölkələri 
arasında məhz bu üstünlüyü ilə seçilir, öz uğurlu siyasəti ilə  tərəqqi yollarındadır. 
Turistlər isə ölkəmiz haqqında zəngin məlumatlar  əldə edir və burada gördüklərini 
kameranın yaddaşına alaraq, dünyanın hər yerinə aparır, bir sözlə Azərbaycandan 
danışırlar.  
Qəbələ barəsində xarici vətəndaşların fikirləri günü-gündən inkişaf edən rayonun 
bugünkü həyatını  əks etdirir. Ölkənin başçısı  İlham  Əliyev Qəbələdə olarkən Rusiyanın 
Təhsil və Elm naziri Andrey Fursenko ilə görüşü zamanı qonaq burada gördüyü inkişafın 
onda ölkəmizin sürətli sosial-iqtisadi həyatı barədə dolğun təsəvvür və  zəngin təəssürat 
oyatdığını dilə gətirir. “Azərbaycan barəsində eşitdiklərimin canlı şahidi oldum”- rusiyalı 
qonaq belə deyir.  (3 mart 2007-ci il. ) 
2008-ci il iyun ayının 10-da Bakıda “Mədəniyyətlərarası dialoqda qadınlarının rolunun 
genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirildi. Heydər  Əliyev fondunun 
prezidenti, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri, millət vəkili Mehriban 
Əliyevanın təşəbbüsü və  dəstəyi ilə keçirilən tədbirə dünyanın 400-dən artıq mötəbər 
ziyalısı dəvət olunmuşdu.  
Tədbirdən sonra qonaqların bir qrupu Qəbələ rayonuna turist gəzintisinə yola düşürlər. 
Qonaqlarla bərabər səfər zamanı Azərbaycan Qadınlar Cəmiyyəti Xarici Əlaqələr 
şöbəsinin sədr müavini, ingilis dilinin tədrisi üzrə dünya şöhrətli alim, professor Minirə 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin