Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə67/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   63   64   65   66   67   68   69   70   ...   80
TÜRBƏLƏR HƏM İNANC YERİ,  
HƏM DƏ TARİXİ ABİDƏLƏRDİR 
 
Ərazidə olan qədim abidələr  Azərbaycanın bütün islam dünyası ilə sosial-siyasi və 
ideoloji  əlaqələrin mövcud olduğunu sübut edir. Dızaxlı, Həmzəlli, Həzrə  kəndlərindəki 
qəbiristanlıqların tədqiqi bir-birindən fərqli olayları tarixçilər qarşısında sual qoyub.  


El dilində  İşıq baba kimi tanınan  ən ağır ocaq Həmzəlli kəndindədir.  Şıx Baba piri 
XVI  əsrin abidəsidir. Pirdəki  şeyxə  məxsus məqbərə, içəridəki məzar və üzərindəki 
kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında 
dəqiq məlumat yoxdur. 
Məqbərədə saxlanılan  Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri 
tarixi ilə 1283-cü ilin ramazan ayının  əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb. 
Şəhadətnamədə  Həmzəlli kənd sakinlərindən Seyyid Hacı  Əli  Əfəndi və Seyyid Lütfəli 
qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin 
nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə 
Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı 
kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə 
təsdiq edilmişdir. 
Sənəddə şeyxin adı “ariflərin qütbü, mövlana, Seyyid Şeyx Məhəmməd” - deyə qeyd 
edilib. Beləliklə,  Şeyx Məhəmmədin sağlığında daşıdığı “ariflərin qütbü, “mövlana”, 
“şeyx” ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevril-məsi və digər 
amillərə görə, onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük 
nüfuza malik olduğunu göstərir. 
Bu bir daha şeyxin məqbərəsi  ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə 
izah edilə bilər.  Ətrafda  Şirvan-Abşeron bədii daşyonma sənəti və  xəttatlıq məktəbi 
ustalarına məxsus XV-XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur. 
Məqbərənin  şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub. Onun qəbri 
üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla 
və kitabə motivləri ilə bəzədilmişdir. 
Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi 
yazılıb. 
Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə 
mərhumun adı və vəfatı tarixi yazılıb. “Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012 
il” (1603/1604). 
Başdaşında ( 0,95X0,41X0,5 m) Qurandan 97, 1-5; 29, 56 ayələr yazılıb. 
Alimlərin qənaətinə görə yüksək dərəcəli alimlərə  məxsus ləqəblərlə qeyd edilmiş 
Şeyx Sədrəddin Mövlana Şeyx Məhəmmədin davamçılarındandır.  Ətrafdakı abidələrə 
əsasən qeyd edilir ki, məqbərə sosial-siyasi və iqtisadi əhəmiyyəti olan bir mərkəz kimi 
XIV  əsrin  əvvəllərindən fəaliyyət göstərib (Müasir dövrdə bu ocağa göz xəstəliklərinə 
düçar olan insanlar daha çox niyyət olunurlar). 
Həzrə kəndindəki Həzrə abidələrinin oxunuşu ilə tarixin bəzi məqamları aydınlaşıb. 
Abidələrdən birinin üstünə Şeyx Mənsur, digərinə Şeyx Bədirəddin yazılıb. XIV-XV əsrə 
aid olduğu bəllidir, ancaq dəqiq tarix verilməsə də, Şirvanşah İbrahimin adı çəkilir, onun 
vaxtında tikilən türbə olduğu aydınlaşır. Tarixdən məlumdur ki, Şirvanşah İbrahim 1382-
1417-ci illərdə hakimiyyətdə olub. Vaxtilə karvan ticarət yolunun üstündə olan və qalın 
meşəliklərin  əhatəsində yerləşən xaniganlıqlar iqtisadi cəhətdən güclü ticarət  əlaqələrinə 
görə əksər ölkələrlə sıx əlaqələr yarada biliblər. Yerlərdə nüfuz sahibi olan bu şeyxlərin 


sözünün kəsəri olduğu üçün hətta  Şeyx  İbrahim hər hansı  fərmanı onlarla 
məsləhətləşmədən verə bilməzmiş. 
Həzrə  kəndində  Şeyx Mənsur türbəsi daxildən dördbucaqlı, xaricdən isə 
səkkizguşəlidir. Üzəri səkkizguşəli-çadırvarı örtüyə malikdir. Üç sətirlik  ərəbcə süls  
xəttilə yazılmış kitabəsi çatmatağlı qapı yerinin üzərində qoyulub. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin