Microsoft Word Qebele-Son variant


hökmranlığı zamanı tikildi. 970 (1562/1563-cü il)”



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
hökmranlığı zamanı tikildi. 970 (1562/1563-cü il)” 
Günbəzlərin  ətrafındakı XIV-XVI əsrlər qəbiristanlığının sahəsi təqribən 3,5 hektara 
yaxındır. Buradakı 40-a qədər sənduqələrin ölçüləri ayrı-ayrı olduğu kimi, onların dövrləri 
də müxtəlifdir. Daş abidələr qalın meşənin içərisində,  əfsanəvi muzeyi xatırladır. 
Sənətkarlar adi əhəng daşlarını necə  də gözəl bədii  əsər nümunələrinə çevirmişlər. 
Daşların üzərində kiçicik yer belə naxışsız, yazısız qalmamışdır. Sənduqə formalı 
məzarüstü abidələr zərif işlənmiş  nəbati-həndəsi naxışlar, süls-nəsx xətli kitabələr, 
sütunlar, tağçalar, prizmatik, sxematik stalaktitlər, şəbəkələr və sair memarlıq ünsürləri ilə  
bəzədilmişdir. Abidələrin tərəflərində müxtəlif səthdə iç-içə  həkk olunmuş çoxtəbəqəli 
nəbati ornamentlərdən ibarət xalça naxışları, göl, xonça, haşiyə  və s. motivlər adamı 
heyran edir. 
Abidələrdəki naxışlarda oxşar cəhətlər varsa da, təkrar yoxdur. Bədii daşyonma 
sənətinin  əvəzsiz nümunələrindən sayılan bu kitabələr haşiyə, düzbucaqlı  və müxtəlif 
formada həkk olunmuş medalyonlarla bəzədilmişdir. Haşiyələrdə  nəbati ornament və 
həndəsi naxışlar səlcuq zənciri, “S”vari dalğalanan saplaqlar üzərində oturdulmuş çiçək, 
yarpaq və s. bəzəklər işlədilmişdir. Tədqiqatlardan məlum olur ki, bu abidələr  Şirvan-
Abşeron memarlığı  məktəbinə xas Şamaxı ustalarının işləridir. Türbələrdən birinin 


üzərində  şamaxılı memarın adı qalmışdır. Sənduqələrin üslubi, kitabələrin mətni və s. 
Şamaxı abidələrini,  ələlxüsus Kalaxana kəndində vaxtilə mövcud olmuş abidələri 
xatırladır. Hələlik bir neçə abidədə “bəy” titulu, ad və tarix qalmışdır. Həzrə abidələri 
zahiri bəzək cəhətdən çox nəfis nəzərə çarpdığı kimi mətn cəhətdən də zəngindir. 
Bütün sənduqələrin üzərində Qurandan götürülmüş 2-ci surənin 256-cı ayəsi yazılıb. 
Yan tərəflərdəki düzbucaqlarda isə fars dilində mənzum parçalar və hədislər həkk olunub. 
Mənzum parçalar sənduqələrin aşağı haşiyələrində də yazılıb. Azərbaycan bədii daşyonma 
sənəti ustaları  tərəfindən yazılmış rübai-beytlərdən, növhə  mərsiyələrdən ibarət  şer 
parçaları feodal təbəqəsinə məxsusu dünyagörüşünü əks etdirir. 
Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbiristanlığın olması XIV-XVI 
əsrlərdə buranın mühüm, iqtisadi-siyasi və ictimai əhəmiyyətə malik yaşayış  məntəqəsi, 
yaxud şəhər olduğunu sübut edir. 
Bir qrup alimin uzun müddət Həzrədə yaşayıb, fəaliyyət göstərmələri, özlərindən sonra 
onların abidələrinin ziyarətgah olaraq xalqın xatirəsində yaşaması da qeyd olunan 
mərkəzin mühüm sosial-mədəni əhəmiyyətindən danışmağa  imkan verir... 
Qəmərvan kəndindəki  İstisu  isə  həm müalicəvi  əhəmiyyətilə  bərabər, həm də  səcdə 
edilən ziyarət kimi tək rayonda deyil digər  ətraf  ərazilərdə  də tanınır.  Şəfalı mineral 
komplekslərdən ibarət təbii su insanlara elə bil can gətirir. Buraya gələnlər vanna 
qəbulundan sonra özlərində gümrahlıq duyur, sanki bütün ağrı-acılardan oradaca 
qurtulurlar.  
Bu kənd  əsrarəngiz gözəlliyi olan məkanlardan biridir. Yay aylarında istirahətə 
gələnlərin əksəriyyəti məhz buranı seçir. İstisuya salınan yolun da keyfiyyətli olması ona 
olan marağı gücləndirir. İlahinin qələm qüdrəti , rənglərin min bir çaları təbiətin üzərinə 
elə həkk olunub ki, buradakı mənzərənin təsirindən ovsunlanıb, möcüzəli aləmə düşürsən. 
Yaradanın nələrə qadir olmasından bir daha əmin olan insan övladı elə bu yüksəklikdə də 
əllərini göylərə açıb, “ilahi özün yaratdığını özün də qoru, onu insan əlinin ixtiyarına 
buraxma”-deyib,  ulu tanrıya yalvarır. Elə bu yalvarışın özündə özünü dərkin, həyatı 
qavrayışın ən incə mətləbləri belə açılmağa başlayır, nə qədər kamil insan olsa belə yenə 
öz acizliyini etiraf edərək, müəmmalı dünyanın tilsimindən xəbərsiz olduğunu gizlədə 
bilmir. Bu gözəl məkan ölkəmizin başçısı  İlham  Əliyevin də çox sevdiyi guşələrdən 
biridir. Yurdunun əsrarəngiz möcüzəsinə heyran olan gənc dövlət xadimi  vaxt tapanda 
buralara gəlməyi, bu yüksəklikdən vətənin  buludlu mavi göyünə tamaşa etməyi,  qeyri-
adi təbiət lövhələrini seyr etməyi xoşlayır,... 
Qəmərvanda bu müalicəvi suyun təbabətdə istifadəsi məqsədilə yeni müasir 
standartlara cavab verən mərkəzin açılış  xəbəri isə  zənnimcə  hər kəsin ürəyincə olacaq. 
Qəbələlilərin yaxşı tanıdığı  bu möcüzəli suyun şəfası dillərə düşəcək. Azərbaycanın 
qüdrətli təbiətinin ecazkar nümunəsi olan bu nadir inci də insanların ixtiyarına veriləcək... 
İslam dünyasının tanınmış  şəxslərindən biri olan ilahiyyatçı alim, akademik Vasim 
Məmmədəliyevin bu sözlərini xatırlatmaq istəyirəm. “Pirlər, övliyalar allahla insanlar 
arasında vasitəçidir. Sanki onların timsalında tanrı istəkləri reallaşdırır.”... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin