“Hesab etmə ki, Allah yolunda ölənlər ölüdür (Qurani-Kərim). Onlar öz Allahlarından pay alırlar. Ən böyük xaqan, əzəmətli sultan Şeyx İbrahimin- Yüksək Allah onun hökmranlığını əbədiləşdirsin- hakimiyyəti zamanında. Mərhəmətli Həzrəti şeyx, Şeyx Mənsurun məqbərəsidir. Allah onun qəbrini işıqlandırsın”. Məhz bu kitabəyə əsasən, kəndin Şeyx Mənsurla əlaqədar XIII əsrdən qeyd olunan
adla tanınması müəyyən edilib.
Şeyx Mənsur türbəsinin arxa hissəsində oğlu Mövlana Bəkir dəfn olunub. Onun qəbri
üzərində qoyulmuş sənduqə formalı məzar daşı nəfis nəbati və həndəsi naxışlarla, eləcə də
kitabə motivləri ilə işlənib. Həzrədə dəfn olunmuş oğlu və digər müridləri Şeyx Bədrəddin
bin Şeyx Şəmsəddin, Şeyx Məhəmməd ibn Şeyx Barik onun ideyasını davam etdirən
görkəmli alim və ictimai-siyasi xadimlər olmuşlar.
Şeyx Bədrəddin türbəsinin planı daxildən və xaricdən səkkizguşəlidir. Baştağda iki
sətirdən ibarət ərəbcə nəsx xəttilə yazılmış birinci kitabənin mətni belədir: