Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
Mıxlıqovaq kəndinin yaranışı ilə bağlı müxtəlif fərziyyələr səslənir. Bəzi alimlər qeyd 
edir ki, karvan yolunun üstündə olan bu ərazidə tacirlər hündür qovaq ağaclarının dibində 
dincini alarmış. Qovaq ağaclarına mıx vurub digərinə yola düşdüyünü nişan verərmiş. Elə 
xalq arasında da, belə söylənilir. Toponimika elminə görə isə keçmişdə gövdəsinə çoxlu 
mıx vurulmuş  və sitayiş obyekti olan qovaq ağacından  ərazinin adı götürülüb. Kəndin 
yuxarı hissəsində “Pir Seyid” deyilən yer var və buradakı qovaqlıq bəlkə  də ehtimal 
olunan yerdir. “Gəlin yolu” deyilən tarixi cığır isə daha yaxın zamanlara aiddir.  
Mıxlıqovaq rayondan 27 km. aralı Alazan-Həftəran vadisindədir.  
Buranı keçmişdə iki dəfə sel aparıb. Kənddə daşlıq deyilən ərazi və yol boyu iri daşlar 
kənardan gələnlərə    möcüzəli görsənir.  Əhali buranı  tərk etsə  də, yenidən ata-baba 
yurduna qayıdaraq kənddə yaşayışı  bərpa ediblər. Sel təhlükəsi isə indi tamamilə  dəf 
edilib. Yuxarıda qurulan bənd əhalinin seldən mühafizəsini təmin edir.  
Hazırda 3700 nəfər insan yaşayır.  Əvvəlki illərlə müqayisədə  kəndin görkəmi, 
dolanışığı xeyli dəyişib.  Əhalinin həyat səviyyəsi yüksəlib.  Əmlak artımı, fərdi evlərin 
çoxalması müşahidə olunur. Hər bir ailə sayğac vasitəsilə  işlətdiyi enerjinin haqqını 
ödəyir və fasiləsiz işıqla təmin edilir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin