Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə101/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   97   98   99   100   101   102   103   104   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
143 
Oka  doktorluq  dissertasiyasını  Pekində  yazmış  və  elə  orada 
da onu müdafiə etmişdir. 
H.Oka ilə sağollaşdıqda o, sabah saat onun yarısında 
mənim arxamca gələcəyini və birlikdə Tokioya gedəcəyimizi 
bildirdi. 
Şaiqə  bir  qədər  piyada  gəzməyi  təklif  etdim.  Şəhəri 
seyr  etmək  fikrindəydim.  Körpü  üstündən  çaya  baxdım.  Su 
elə şəffaf idi ki, çayın dibini görürdüm. 
Olduqca  nəzakətlidirlər  bu  yaponlar.  Universitetin 
dəhliz  və  otaqlarında  olduğum  vaxt  məni  tanıyıb-
tanımamaqlarından asılı olmayaraq, başlarını bir qədər aşağı 
əyib «hay» deyir və beləliklə də öz ehtiramlarını bildirirdilər. 
Körpü  üstündə  yanımdan  keçən  bir  kişi  də  üzümə  baxıb 
«hay» dedi. Dərhal bir varsağının dörd misrası yarandı: 
 
Tap onu, 
Gəz həmişə, tap onu. 
Yapon məni xoşladı, 
Mən xoşladım yaponu. 
 
Bir daha «hay» barədə. Həsən Seyidbəyli yazır: «Bizə 
xidmət  edən  qızlar  üzlərindən  lap  uşağa  oxşayırdılar.  Nə 
deyirdiksə  cəld  «hay»  deyə  cavab  verirdilər.  «Hay»  həm 
«baş  üstə»,  həm  «bəli»,  həm  də  «oldu»  deməkdir»  (Həsən 
Seyidbəyli. On beş gün Yaponiyada, səh.47). Görəsən, körpü 
üstündə  rastlaşdığım  kişi  niyə  mənə  «hay»  dedi?  Axı, 
tanımadığım  o  adamın  «hay»ında  nə  «baş  üstə»,  nə  «bəli», 
nə də «oldu» sözləri öz yerini tuturdu. 
Görünür ki, «hay»ın başqa mə’naları da var. 
«Hay» 
ifadəsi 
haqqında 
başqa 
bir 
kitabın 
mə’lumatına diqqət yetirməyim oxuculara maraqlı ola bilər: 
Şahin Fazil 
 
 
144 
«Adama elə  gələ  bilər  ki,  hər  hansı bir dildə tanışlıq 
ən  adi  və  çox  işlənən  sözlər  kimi  «hə»  və  «yox» 
kəlmələrindən başlanır. 
Sən demə, yapon dilində «hə»  və «yox»  kəlmələrinə 
yiyələnmək  o  qədər  də  asan  deyildir.  «Hə»  kəlməsini 
işlətmək  müşkül  işdir,  çünki  o,  heç  də  həmişə  «hə» 
mə’nasını  vermir.  «Yox»  kəlməsini  isə  daha  ehtiyatla 
işlətmək lazımdır... 
Bu iki başlıca kəlməni bilmək və yadda saxlamaq su 
içmək  kimi  asandır.  Telefonda  danışan  və  xəttin  o  biri 
başındakı  görünməz  müsahibinə  hey  başını  tərpətməklə 
dönə-dönə  «hay»,  «hay»,  «hay»  deyən  yaponun  yanında 
olmaq kifayətdir. 
Əgər siz həmin kəlmənin mə’nasını soruşsanız, hamı 
deyəcək  ki,  «hay»  yapon  dilində  «hə»  deməkdir.  Lakin  bir 
azdan  əmin  olacaqsınız  ki,  yaponun  hər  «hay»  kəlməsini 
təsdiq,  yə’ni  «hə»  mənasında  işlətdiyini  güman  etmək 
bağışlanılmaz nikbinliyə yol verməkdir. 
Məsələn,  siz  yapon  mehmanxanasına  düşmüsünüz. 
Ertəsi  gün  ən’ənəvi  yapon  səhər  yeməyi  –  qurudulmuş 
yosun,  düyü  və  qıcqırmış  paxla  pastası  ilə  xırda 
balıqqulaqlarından  bişirilmiş  sup  əvəzinə  iki  yumurta 
qaynatmağı xahiş edirsiniz. 
 Xahişinizi  dinləyib  «hay»  deyirlər,  səhər  doğrudan 
da yumurta, çörək və bir termos qaynar su gətirirlər... 
Lakin bu vaxt mə’lum olur ki, yumurtanı yemək üçün 
duz  yoxdur.  Siz  telefonla  zəng  vurub  duz  gətirməyi  xahiş 
edirsiniz, aşağıda bu xahişə cəld «hay» cavabı verirlər. 
Beş,  on,  iyirmi  dəqiqə,  yarım  saat  keçir...  Səhər 
yeməyini  çoxdan  qurtarmısınız,  pulunu  vermək  üçün  aşağı 
düşürsünüz. Elə bu vaxt mə’lum olur ki, duz gətirməmişlər, 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin