Müdriklər doğru deyiblər: «Kiminin əvvəli, kiminin
axırı». Axırı yaxşı oldu Yaponiyanın! Nəzərə gəlməsin,
göz dəyməsin...
Hayku
Göz! Göz! Bulağa göz dəydi və gözü qurudu. Şahin Fazil
148
Göz budu! (Şahin Fazil. Azərbaycan haykuları. Bakı, 2007, səh.82)
Haykular diyarında haykularsız olmaq olmaz.
Köhnə haykularım haqqında fikirləşdikcə təzə haykular da
yaranır. Qəribə janrdır hayku. Cəmi-cümlətanı üçcə sətir,
amma mə’na dərin. Mə’lumdur ki, mən qəzələ çox
yaxınam. Bəllidir ki, mən müasir Azərbaycan qəzəli
yazanlardanam – tərtəmiz Azərbaycan dilində. Amma,
bugünkü qəzəlxanlarımızın əksəriyyəti hələ də ərəb-fars
sözlərindən və çoxpilləli izafət tərkiblərindən əl çəkə
bilmirlər, ərəbdən, farsdan söz dilənirlər. Üzümü onlara
tutub vaxtilə yana-yana demişdim:
Hayku Qəlizdil qəzəlxanlara!
Azərbaycan dilim... Və «Pənbeyi-daği-cünun...», Can dilim!!! 4.11.2004
Ümumiyyətlə, haykuya istədiyin mövzunu gətirə
bilərsən. Hətta bizim atalar sözlərini də, zərbülməsəlləri
də, müxtəlif deyim və ifadələri də. Məsələn:
«Ac ol, kişi ol!» Belə zərbülməsəl var... Acdan nə kişi?.. 1.01.2006