134
yətə malikdir. Onların vasitəsi ilə öyrənilən nəzəri biliklər təc-
rübəyə tətbiq olunaraq daha da dərinləşir, konkretləşir, tələbələr
cihaz və alətlərlə işləmək və təcrübə qoymaq, nəticələr çı-
xarmaq bacarıqlarına yiyələnirlər. Onlarda elmə, elmi-tədqiqata
maraq yaranır. Bu da gələcəkdə elmi fəaliyyətə hazırlaşan
tələbə və magistrlər üçün çox vacibdir.
Laborator məşğələlər müxtəlif
vəzifələri yerinə yetirir: -
nəzəri biliklərin müasir texniki baza əsasında tətbiqini öyrət-
mək; - gələcək mütəxəssis üçün zəruri olan bacarıq və vərdişlər
formalaşdırmaq; - tələbələrdə tədqiqatçılıq maraqları və qabi-
liyyətini inkişaf etdirmək.
Laborator
məşğələlərin məzmunu fənlərdən asılı olaraq
çox müxtəlif və rəngarəngdir: müşahidələr, təcrübələr, eksperi-
mental tapşırıqlar və s. Laborator məşğələlər tələbələri elmi-
tədqiqat metodları ilə tanış etmək imkanı verir. Onlar hadisə və
prosesləri müşahidə və təhlil etməyi, nəticələr çıxarmağı öyrə-
nirlər.
Laborator
məşğələlər iki növdə olur:
frontal məşğələlər
və praktikumlar.
Frontal məşğələlər zamanı qrupdakı bütün
tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə) eyni təcrübəni,
eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi
ilə eyni vaxtda aparılır.
Praktikumlar (səpəli məşğələlər) cihaz-
ların sayı az olduqda kiçik qrup tərkibində,
həm də müəyyən
mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə məşğələlərdə
daha mürəkkəb tapşırıqlar yerinə yetirilir. Məsələn, kondensa-
torun həcminin ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi
(fizika), üzvi və qeyri-üzvi maddələrin sintezi, istilik, torpaq və
ərzaq məhsullarının tədqiqi (kimya) və s.
Laborator məşğələlər
məqsədinə görə də müxtəlif olur:
ilk tanışlıq məşğələləri (cihazlarla iş, təcrübələrin qoyuluşu ilə
tələbələr tanış edilirlər), öyərədici məşğələlər (təcrübənin keçi-
rilməsi, nəticələrin yoxlanılması qaydaları ilə tanışlıq), ekspe-
rimental və problem-axtarış xarakterli məşğələlər (tələbələrin
müstəqil, yaradıcı fəaliyyətini inkşaf etdirmək məqsədi güdür).
135
Laborator
məşğələlərin quruluşu praktik məşğələdəki
mərhələlərə uyğun gəlir: giriş, işin icrası, nəzarət, yekun mər-
hələləri. Tələbələr tərəfindən laborator tapşırıqların yerinə yeti-
rilməsinin keyfiyyəti müəllimin görülən işlərə nəzarəti (əməliy-
yatların ardıcıl icrası, cihazla rəftarı, işdə səliqəlilik, ritm, təc-
rübə aparmaq bacarığı), habelə işin nəticəsi əsasında müəyyən-
ləşdirilir və qiymətləndirilir.
Laborator məşğələnin səmərəli təşkili üçün müəyyən
pedaqoji şərtlərə əməl edilməlidir: a)tələbələrin məşğələlərə
nəzəri hazırlığını təmin etmək; b) onların müstəqilliyini, təd-
qiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və eksperiment-
lərə yaradıcılıq, tədqiqat
elementləri daxil etmək; c) tələbələri
elmi idrak metodları, eksperimentin ümumi metodikası ilə si-
lahlandırmaq; ç) onları təlimdənkənar elmi işlərə ‒ elmi dər-
nəklərə, tələbə
elmi cəmiyyətinə cəlb etmək, tələbələrə öz sə-
viyyələrinə uyğun fərdi-diferensial yanaşmanı həyata keçirt-
mək; d) tələbələrin tədqiqatçılıq maraqlarını peşə-ixtisas yönü-
mü ilə əlaqələndirmək.
Təlimin nəzərdən keçirilən praktik formaları düzgün
təşkil edildiyi şəraitdə nəzəri bilikləri
təcrübəyə tətbiq etmək,
onlardan əməli peşə fəaliyyətində müstəqil və yaradıcı şəkildə
istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oy-
naya bilər.
Dostları ilə paylaş: