Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə105/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   101   102   103   104   105   106   107   108   ...   114
SOS KONSP 2021

MÖVZU № 24. Ailə və nigah
PLAN:
1. Ailənin mahiyyəti
2. Cəmiyyətdə ailənin inkişafı və sosial institut kimi funksiyaları
3. Nikah anlayışı və boşanma

Ailənin mahiyyəti
Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın bütün bölmələrində ondan bəhs olunması təəccüblü deyil. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Ailə sosiologiyası daha geniş problemlər dairəsinin - sosiallaşdırmanın, təhsilin, siyasətin və hüququn, əməyin, mədəniyyətin və s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik, miqrasiya və demoqrafik dəyişikliklər proseslərini daha mükəmməl başa düşməyə imkan verir. İstehsal və istehlakın əksər sferalarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir. Ailəyə maraq geniş məzmunlu çoxfunksionallığın öyrənilməsində əlavə unikal vasitəçi roluna idrakı maraqla dəstəklənir; onun bir fenomen kimi sosiomədəni, sərhəd mahiyyətli, sosiumun istənilən konstruksiyalaşdırılması zamanı strukturların kəsişməsində, makro və mikroanalizin sərhəddində qərarlaşan təbiəti xüsusilə əhəmiyyətlidir. Ailə sosietal proseslərin mikromühitin sosial davranışının nəticələrinə reduksiyasını həyata keçirmək və empirik yolla tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri müəyyənləşdirmək imkanlarına malikdir. Bu baxımdan ailənin tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə çalışmalı və burada, hər şeydən əvvəl, ailənin sosial instituta və sosial qrupa xas əlamətləri definisiyada toqquşmamalı, əksinə, üst-üstə düşməlidir. Ümumailə fəaliyyəti, yaxud ailə davranışı haqqında təsəvvürlərə müraciət edərkən, ailənin, nikahını və qohumluğun [281 - 282] müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaət-bəxş ailə defmisiyaları əldə etmək mümkündür. Ailə yaradan münasibətlər kimi ailənin həyat fəaliyyətinin müxtəlif tərəflərini vurğulayan çoxsaylı ailə defınisiyaları mövcuddur (məsələn, ailə bir-birini sevən insanlar, yaxud ümumi əcdadları olan və ya bir yerdə yaşayan şəxslər qrupudur; ailənin əlamətlərinin əhatəli sıralanması da bu qəbildəndir). Əhalinin nəsilartırma meyarlarını və sosial-psixoloji tamlığını nəzərə alan ailə defınisiyaları arasında sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə, ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı iləşərtlənən kiçik qrupdur. Ailənin hüquqi əsası olan nikah kişi və qadın arasında əlaqələrin, birgəyaşayışın və seksual portnyorluğun, uşağın dünyaya gəlməsi ilə nəticələnən formalarının leqitim etirafı kimi çıxış edir. Ailənin mahiyyətinin daha dolğun anlaşılması üçün ailənin məkanda lokallaşmasını (yaşayış yeri, ev, mülkiyyət) və ailənin iqtisadi bünövrəsini - valideyn və uşaqların məhdud məişət və iaşə hüdudlarından kənara çıxan iqtisadi əsaslarını nəzərdə tutmaq lazımdır. Beləliklə, ailəər-arvadlıq-valideynlik-qohumluq əlaqələri ilə bağlanmış və bununla əhali artımını və ailə ənənələrini, varisliyini, həmçinin uşaqların sosiallaşdırılmasını və ailə üzvlərinin mövcudluğunu təmin edən, vahid ümumailə fəaliyyətinəəsaslanan insan toplumudur. Yalnız ər-arvadlıq - valideynlik - qohumluq üçər münasibətlərinin varlığı ailənin yaradılmasından ciddi formada danışmağa imkan verir. Bu münasibətlərdən birinin, yaxud ikisinin olmaması haçansa məhz ailə olmuş qrupların fraqmentarlığını səciyyələndirir. Belə vəziyyət ölkənin bəzi ailələrində müşahidə olunur. Bundan əlavə, ailə qurmayan insanlar ya ər-arvadlıq münasibətləri [282 - 283] olmayan valideynlərdən, ya da faktik, yaxud legitim övladsız nikahla yaşayanlardan ibarətdir. Bu fraqmentar «qırıq» ailə formasına «ailə qrupu» termini uyğun gəlir: burada birgə ev təsərrüfatı və yalnız qohumluq, yaxud valideynlik və ya ər-arvadlıq əlaqələri ilə birləşən insanlar qrupu nəzərdə tutulur. Adətən ər-arvad cütlüyü ailənin özəyi hesab edilir və ailələrin tərkibinin bütün statistik təsnifatları bu «özəyə» uşaqların, qohumların, qaynana və qaynataların əlavə olunmasından asılı olaraq aparılır. Sosioloji baxımdan ailənin əsas tipini - əhali arasında daha çox yayılmış, sadalanan münasibətlərin üçəp vəhdəti bərqərar olan ailəni əsas götürmək düzgündür. Üç münasibətdən biri olmayanda yaranan ailəvi birlikləri isə, yuxarıda deyildiyi kimi, ailə qrupları adlandırmaq məqsədə müvafıqdir. Bu dəqiqləşdirmə onunla əlaqədardır ki, son zamanlar Qərbdə və bəzi hallarda ölkəmizdə ailə sosiologiyasında onun mahiyyətini üç əlamətdən hər hansı biri ilə, əsasən ər-arvadlıq, yaxud hətta portnyorluqla bağlamaq meylləri nəzərə çarpır. Təsadüfı deyildir ki, M. Sasmen və S. Stenmetsin Amerika ensiklopediyasında nikah və ailəyə dair bir neçə fəsli ailənin «alternativ formalarına», yəni «ailə qrupları» adlandırılması daha dəqiq olacaq formaya həsr etmişlər, hərçənd ki, bu fəsillər faktik olaraq ərarvadlığa və ya daha çox portnyorluğa və birgəyaşayışa aiddir. Ailənin formalaşması bir sıra mərhələlərdən keçir. Onların içərisindəən mühümləri aşağıdakılardır: 1. nikahın bağlanması - ailənin yaranması; 2. uşaq doğumunun başlanması - ilk uşağın doğulması; 3. uşaq doğumunun sona çatması - sonuncu uşağın doğulması; 4. «boş yuva» - sonuncu uşağın ailəni tərk etməsi; 5. ailənin mövcudluğunun sona çatması - ərin və ya arvadın vəfat etməsi. Hər bir mərhələdə ailə ancaq özünə xas olan sosial və iqtisadi xüsusiyyətlərə malik olur. Ailə sosial institut kimi cəmiyyətin formalaşması ilə eyni vaxtda meydana gəlmişdir. Həmin dövrdə ailənin fəaliyyəti [283 - 284] normativ dəyərlərlə tənzimlənirdi. Dövlətin yaranması ilə ailə münasibətlərinin nizamlanması hüquqi xarakter daşımağa başladı. Nikahın hüquqi qeydiyyatı yalnız ər-arvadın yox, həm də onların birgə həyatını sanksiyalaşdıran dövlətin üzərində müəyyən öhdəliklər qoyur. Bundan sonra sosial nəzarət və sanksiyalar yalnız ictimai rəylə deyil, həm də dövlət orqanları tərəfındən həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, bu, cəmiyyətdə ailənin dağılmasının qarşısının alınmasında və onun sabitliyinin güclənməsində mühüm amillərdən biridir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin