Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Sosial layihələşdirmənin mahiyyəti, təbiəti metodologiyası



Yüklə 1,1 Mb.
səhifə113/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   106   107   108   109   110   111   112   113   114
SOS KONSP 2021

Sosial layihələşdirmənin mahiyyəti, təbiəti metodologiyası
Hər bir modernləşmiş cəmiyyətdə gələcəyə dair layihələrin hazırlanması vacib amil kimi qəbul edilir. Layihələr aid olduğu sahənin xüsusiyyətlərinə görə fərqlənir. Siyasi partiyaların ictimai fəaliyyəti ilə bağlı manifestlər, ilkin proqramlar və s.; utopik ədəbiyyat (ən kütləvi olan, fantastik, sosial fəlsəfi ədəbiyyat), kino, kompüter oyunları və digər uyğun əsərlər futuroloji xüsusiyyətli ikinci dərəcəli layihə hesab edilir.
Layihələşdirmə – mövcud obyektin, vəziyyətin prototipinin, maketinin yaradılması prosesidir. Hazırda inşaat-memarlıq, maşınqayırma, texnoloji və s. ənənəvi layihələşdirmə ilə yanaşı insan-maşın sistemlərinin, genetik və s. layihələşdirmə istiqamətləri də yaranıb. Layihələşdirmə termini latın dilində «projektus» - gələcəyə atılmış sözündən götürülüb. Layihələşdirmə bu və ya digər təzahürün inkişaf, yaxud dəyişmə variantının müəyyənləşdirilməsi, nəzərdə tutulan, mümkün obyektin nümunəsinin, prototipinin yaradılması prosesidir. Layihələşdirmə – obyektin gələcək optimal vəziyyətinə dair variantların qurulması; mövcud vasitələrin tələb olunan məqsədlərə uyğunlaşdırılması; zəruri nəticənin əldə edilməsi üçün tədqiqat obyektinin tərkib hissələrinin əlaqələndirilməsi; güman edilən fəaliyyətlərin reallaşmasına qədərki müddətdə modelləşdirilməsi; qeyri – müəyyən şəraitdə qərarların qəbul edilməsidir. Layihələşdirmənin mahiyyətini başa düşmək üçün onunla bağlı olan kateqoriyaları (anlayışlar sistemini): təşkilatlandırma (konstrukturlaşdırma), sistem, layihələşdirmə subyekti, layihələşdirmə obyekti, sosial texnologiyalar (əməliyyatlar toplusu), sosial layihələşdirmənin metodları, layihələşdirmə şəraiti, mexanizmi, planlaşdırma, proyeksiya, qabaqcadan duyma, öncəgörmə, proqnozlaşdırma, modelləşdirmə və s. – nəzərdən keçirmək vacibdir. Bu anlayışların dərk edilməsi, onlara nail olma mərhələləri və reallaşdırılması metodları layihələşdirmənin mahiyyətini təşkil edir. Sosial layihələşdirmə – sosial obyektlərin, sosial keyfiyyətlərin, sosial proses və münasibətlərin layihələşdirilməsidir. Sosial obyektlərin proqnozlaşdırılmasında subyektiv amil nəzərə alınmalıdır. Konstruksiya (təşkilatlandırma) – hər-hansı bir obyektin ideal formasının yaradılmasına məqsədyönlü istiqamətlənmə ilə bağlı intellektual fəaliyyətdir. Bu zaman müxtəlif amillər uyğunlaşdırılır, seçilir və yeni obyekt kimi əlaqələndirilir. Rekonstruksiya (yenidən təşkilatlandırma) – həm intellektual, həm də təcrübi fəaliyyətə aid olur. Bu anlayış bir neçə mənada işlədilir: 1) hər hansı bir süni obyektin köklü şəkildə yenidən qurulması; 2) hər hansı bir obyektin qalıqları əsasında onun yenidən bərpa edilməsi. Birinci məna təcrübi fəaliyyətlə bağlı olduğu halda, ikinci mənada əsasən ideal modellər qurulur, bəzən təcrübi fəaliyyətlə də bağlı olur. 153 Dekonstruksiya (struktur təhlil) – obyektin süni şəkildə çeşidlənməsi, hissələrə bölünməsi, yaxud normal funksiyalaşmasının pozulması əsasında ideal modelin qurulmasıdır. Belə ideal model normativ xüsusiyyət daşıyır. Planlaşdırma – elmi və təcrübi əsaslarda bu və ya digər təzahürün məqsədlərinin müəyyənləşdirilməsi, vəzifələrinin, müddəti, sürəti və nisbətlərinin aşkar edilməsi, onların cəmiyyətin maraqlarına uyğun şəkildə reallaşdırılmasıdır. Öncəgörmə – hər hansı təzahür haqqında qabaqcadan xəbərvermə, yaxud mövcud olsa da şəxsi təcrübədə olmayan biliklərdir. Elmi öncəgörmə sosial təzahür və hadisələrin məlum olan əmələgələmə səbəbləri, funksiyalaşma formaları və inkişaf gedişinə uyğun inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə əsaslanır. Proqnozlaşdırma – öncəgörmə forması olub, planlaşdırılan təzahürün məqsədyönümlüyü, proqramlaşdırılması və idarə edilməsində əks olunur. Proqnozlaşdırma təzahürün cari zamanda inkişaf xüsusiyyətlərinin nəzərə alınması əsasında gələcək inkişaf istiqamətlərinin öncədən görməsidir. Sosial layihələşdirmənin subyekti – idarəetmə fəaliyyəti ilə bağlı şəxslər, təşkilatlar, əmək kollektivləri, sosial institutlar və s. olub, sosial reallığın məqsədyönlü, təşkilatlanmış dəyişdirilməsi məqsədini daşıyır. Sosial layihələşdirmə subyektinin əsas xüsusiyyəti onun sosial aktivliyi, layihələşdirmə prosesində bilavasitə iştirakı ilə bağlıdır və layihənin keyfiyyəti sosial layihələşdirmə subyektinin intellektual səviyyəsindən asılıdır. Sosial layihələşdirmənin obyekti – sosial əlaqələrin, qarşılıqlı təsirin təşkili sistemləri, prosesləridir. Sosial layihələşdirmənin obyekti – 1) maddi və mənəvi istehsalın təşkilati təsirinə məruz qalan elementlər, alt sistemlər və sistemlərdir (əmək vasitəsi və predmeti, sosial texnologiya, texnika, həyat vəsaiti, mənəvi mədəniyyət, sosial fəaliyyət və s.); 2) tarixi proses və sosial münasibətlərin subyekti olan və öz tələbatları, dəyər yönümləri, sosial nüfuzu, rolu olan insandır; 3) cəmiyyətin sosial strukturunun müxtəlif elementləri və alt sistemləridir (əmək kollektivləri, regionları, sosial qrupları və s.); 4) çoxtərəfli ictimai münasibətlərdir (siyasi, ideoloji, idarəetmə, estetik, mənəvi, ailə-məişət, şəxsiyyətlər arası və s.); 5)həyat tərzi elementləridir (həyat mövqeyi, həyat vasitələri, həyat keyfiyyəti və üslubu və s.). Sosial layihələşdirmənin əsas obyekti kimi sosial sistemlər çıxış edir. Layihələşdirmənin informasiya sahəsi – layihələşdirmə obyektini xarakterizə edən elmi əsaslandırılmış parametrlər, amillər sistemidir. 154 İnformasiya sahəsinin yaradılması mənbələri – sosial tədqiqatların materialları, intervü, daimi nəşrlərin təhlili, statistik göstəricilərdən və s. ibarətdir. Layihələr hazırlanması fəaliyyəti olan layihələşdirmənin iki məqamı fərqləndirilir: 1) fəaliyyətin ideal xüsusiyyəti; 2) gələcəkdə təzahür edə biləcək qeyri-adi təsadüflərin nəzərə alınması. Layihələşdirmənin ən müxtəlif növləri, metodları və üslubları fərqləndirilir: 1)texniki və prototipin layihələşdirilməsi (məs., müəyyən tapşırıqlar dairəsinin hazırlanması və s.); 2)humanitar və ya şəxsi layihələşdirmə isə düşüncə və fəaliyyətin təşkili problemlərilə bağlıdır. Layihələşdirmənin metodoloji prinsipləri dedikdə, şüurla, refleksiv və qeyri-şüurlu qurumlar vasitəsilə məsələnin qoyuluşu, məsələnin həllində istifadə edilən vasitələr, proseslərin ümumi təşkili və s. nəzərdə tutulur. Bu prinsiplərdə qarşılıqlı əlaqəli olan iki təbəqə fərqləndirilir: ontoloji (görmə və dərketmə təbəqəsi) və təşkilati-fəaliyyət (fəaliyyət və onun təşkili). Layihələşdirmənin 4 prinsipi fərqləndirilir: 1) layihələşdirmə subyektlərinin qarşılıqlı təsiretmə sisteminin qurulması; 2) yaradıcı birliklərin yaradılması və təşkilinin əsası kimi fikri fəaliyyətin inkişafı; 3) layihələşdirilən digər fəaliyyət sahələrinin funksional tənzimlənməsi və reallaşdırılması; 4) fərdiləşdirmə. Sosial layihələşdirmə aşağıdakı parametrlərə əsaslanmalıdır: - sosial obyektin ziddiyyətliliyi; - sosial obyektin çoxtərəfli inkişafı; - sosial obyektin hər hansı sosial nəzəriyyənin terminləri ilə ifadə olunmasının qeyri-mümkünlüyü; - sosial obyektin çoxamilliliyi; - sosial obyektin inkişafında mümkün və zəruri olanın qarşılıqlı münasibətlərini müəyyənləşdirən çoxsaylı subyektiv amillərin mövcudluğu; - sosial gözləmələr, sosial proqnoz və sosial layihələşdirmənin formalaşmasının subyekiv amilləri; - sosial obyektin inkişafının qiymətləndirilməsi meyarlarını müəyyənləşdirən amillər. Bu amillər sosial layihələşdirmənin xüsusiyyətlərini müəyyənləşdirən səbəblərin son siyahısı deyil. Sosial layihələşdirmə proqnozu qiymətləndirməyə, sosial inkişafın planını hazırlamağa imkan yaradır. 155 Layihələşdirmə ideyaların yoxlanması ilə bağlı eksperimentin uğursuzluğunu da nəzərə alır. Sosial layihələşdirmə prosesi həm də «sosial təşkilatlanma» (sosial konstrukturlaşdırma) adlanır. Sosial layihələşdirmənin əsas məqsədi sosial layihələrin hazırlanmasıdır. Sosial layihə sərəncamlı model olub, sistemin gələcək arzu edilən vəziyyətini təsvir edir. Sosial layihələşdirmə layihənin həyata keçirilməsi texnologiyası ilə sıx bağlıdır. Sosial layihələşdirmənin texnologiyası layihələşdirmənin və sosial elmlərin metodologiyasına əsaslanır. Məhz bu əsasda sosial layihələşdirmənin iki əksikliyini aradan qaldırmaq olar: 1) aşağı səviyyəli layihəyə uyğunluq (sosial layihələr utopik, yaxud sosial nümayişkaranə olur); 2) sosial göstəricilər itirilir. Sosial layihələşdirmə layihələşdirilən obyektin tamlığını xarakterizə edən ümumi parametrlər sistemindən, alt sistemlər, bloklar, elementlər və onların əlaqəsindən ibarət olur. Hər bir sosial layihələşdirmə aşağıdakılardan ibarət olur: 1) dəqiq layihə əsasında meydana çıxan xüsusiyyətlər; 2) sosial sifarişin reallaşdırılmasını təmin edən parametrlər; 3) müəyyən zaman müddətində qurula bilən xüsusiyyətlər. Sosial layihə elmi əsasda yaradılmalı, mənəvi normalara zidd olmamalı, ümumi qəbul edilmiş sosial dəyərləri əks etdirməli, reallaşma nöqteyi nəzərindən səmərəli olmalı, reallaşmaya yönəlməlidir. Sosial layihə müəyyən vaxt məhdudiyyətində sosial sistemlərin inkişaf parametrlərini müəyyənləşdirir. Sosial layihə – sosial fəaliyyətin son nəticələrinin işarəli məlumatlar vasitəsilə ifadə edilməsidir. Sosial layihə – beş əsas prinsipə uyğun olmalıdır: birmənalılıq, zərurilik, bütövlük, ziddiyyətsizlik, optimallıq. Layihənin əks etdirdiyi məlumat zəruri və tam olmalıdır, işarəli məlumatların ixtisar edilməsi zərurəti yaranmamalıdır. Layihə real və qeyri-real ola bilər. Sosial layihə – layihəli fəaliyyətin məqsədi olmalıdır. Sosial layihənin son strateji məqsədi obyektiv şəraiti və müxtəlif sosial qrupların həyat fəaliyyətini nəzərə almaqla kollektiv münasibətlərin təşkilinin optimal birliyini yaratmaqdır. Ən sadə layihələr qərar qəbul edilməsi ilə bağlı olanlar, ən mürəkkəb layihələr isə sosial sistemlərin, proseslərin, münasibətlərin gələcək vəziyyəti ilə bağlı olan layihələrdir. Layihələşdirmənin vaxt intervalının genişlənməsi də sistem və proseslərin, həmçinin göstəricilərin modellərinin yaradılması ilə bağlı olan sosial fəaliyyət prosesinin mürəkkəbləşməsinə səbəb olur. Sosial layihələrin həyata keçirilməsi vasitələri (o cümlədən texniki, riyazi və məntiqi) sistem və proeslərin, onların inkişaf meylləri, problem 156 vəziyyətin əmələ gəlməsi və inkişafı, subyektlər, layihələşdirmə, göstəricilərin və sözlü təsvirlərin, cədvəl, çertyoj, sxem, maket, kodlar, simvollar, alqoritmlər, matritsa və digər göstəricilərin yaradılması haqqında informasiyanın əldə edilməsi, təhlili və işlənməsi ilə bağlıdır. Müasir dövrdə layihələşdirmənin texniki vasitələri, avtomatlaşdırılması sistemləri istifadə edilir. Sosial layihələşdirmənin metodikaları – ideyalar matritsası metodikası, rola uyğunlaşma metodikası, analogiya metodu, zehni həmlə metodikası, assosiasiya metodu, sinektika metodikasından ibarətdir. İdeyalar matritsası metodikası bir neçə dəyişən (qoyulan məsələlər, müddət, maddi, əmək və maliyyə ehtiyatları) əsasında qərarların fərqli variantlarının tərtib edilməsidir. Rola uyğunlaşma metodikası – layihələşdirmə prosesində daha dəqiq təsəvvürlərin əldə edilməsinə, layihənin reallaşmasının daha dərindən dərk edilməsinə yönəlir. Analogiya metodu – ümum elmi və məntiqi metod olub, təzahürlərin mahiyyəti, əlamətləri, yaxud münasibətlərilə bağlı uyğunluqları əsasında proqnozların qurulmasıdır. Analogiya sadə, geniş yayılmış, ciddi və qeyri-ciddi ola bilər. Analogiya metodu – müqayisə edilən təzahürlərin daha çox ümumi əlamatləri məlum olduqda, ümumi əlamətlər əhəmiyyətli olduqda, müqayisə edilən təzahürlərin qarşılıqlı qanunauyğun əlaqələrinin dərk edilməsi əsasında ehtimallıq dərəcəsi yüksək olduqda daha etibarlı olur. Assosiasiya metodu – sosial təzahür və proseslərin layihələşdirilməsi prosesində uyğunlaşma, modifikasiya (dəyişmə) və tam yenidən təşkilatlanma üsullarının uyğun istifadəsinə əsaslanır. Zehni həmlə metodikası – ideyaların törəməsi, bərabər hüquqlu rəqabəti və müqayisəsinin əlaqələndirilməsi ilə bağlıdır. Bu zaman qiymətləndirmə aparılır, dəlillər ekspertiza edilir, fikir mübadiləsi aparılır. Sinektika metodu əsasında bir neçə ideya ayrılıqda nəzərdən keçirilir, onlar arasındakı qarşılıqlı əlaqə və asılılıq müəyyənləşdirilir. Sosial layihələşdirmə şəraiti – münasibətlər, proseslər, fəaliyyət, əşyalar, vasitələr və s. ilə bağlı amilləri özündə birləşdirir. Layihə fonu – layihələşdirmə obyektinin funksiyalaşması və inkişafına təsir edən xarici göstəricilər toplusudur. Sosial layihələşdirmənin mərhələləri – sosial layihənin hazırlanması üsulları, metodları, qaydaları, prosedurları, əməliyyatları sistemidir. Sosial layihələşdirmənin geniş yayılmış sxemi – problemin aydınlaşdırılması (problemli vəziyyət), sosial sifariş, sosial pasport (keyfiyyət göstəricisi), layihənin məqsədləri, layihənin vəzifələri, kəşfiyyat proqnoz, normativ proqnoz, verifikasiya və düzəliş edilməsi, model, təşkil, layihə mərhələləri əsasında qurulur. 157 1.Problemin aydınlaşdırılması – problemli vəziyyətin, yəni sosial inkişafın mümkün alternativinin seçilməsi üçün məqsədyönlü fəaliyyətin təşkilini tələb edən sosial ziddiyyətlə bağlıdır. 2.Sosial sifariş – mövcud sosial problemin həll edilməsi zəruriliyinin dərk edilməsi əsasında formalaşır. Sifariş insanların maddi və mənəvi tələbatlarının reallaşdırılması, ziddiyyətlərin həll edilməsi, kompramiss axtarılması məqsədilə müəyyən tədbirlərin hazırlanmasına dair təlimatdır. 3.Obyektin pasportlaşdırılması (keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi) – sistem, proses, yaxud təzahürlər haqqında dəqiq göstəricilərin əldə edilməsi, onların mövcud vəziyyətinin, funksiyalaşmasının və inkişafının təsviridir. Pasport – mürəkkəb sənəddir və sistemin kəmiyyət və keyfiyyət göstəricilərini, onun funksiyalaşması və inkişafına təsir edən parametrləri əks etdirir. Pasport əsasında sistemin struktur elementlərinin analizi aparılır. Sosial pasportda sosial strukturun, şəraitin dəyişilməsi, əməyin müdafiəsi və ödənilməsi, mədəni-məişət şəraiti və s. əks olunur. Sosial strukturun pasportu aşağıdakı mərhələlərdə yaradılır: a) sistemin normal funksiyalaşması və inkişafına təsir edən xüsusiyyət və parametrlərin müəyyənləşdirilməsi, onların təsnifatı və diferensiasiyası; b) pasport formalarının hazırlanması (idarə olunan alt sistemin təsiri ilə dəyişən göstəricilərin daxil edilməsi); c) pasport formalarının tamamlanması, zəruri göstəricilərin əldə edilməsi: sənədlərlə iş, anketləşdirmə, intervü və s. 4. Məqsədlər – hər hansı fəaliyyətin başlanması şərtidir. Məqsədyönümlük üç əsas göstəricidən ibarətdir: tələbatların (motivlərin) təsvir edilməsi, onların təmin olunması yollarının və üsullarının təsviri (fəaliyyətin planlaşdırılması, proqramlaşdırılması); son nəticələrin təsviri (bilavasitə və vasitəsiz, arzu edilən və arzu edilməyən). Məqsədin əsaslandırılması fəaliyyətin müəyyənləşdirilməsindən başlayır. Hər bir qoyulan məqsəddə ən vacib nəticə seçilməli, məqsədə nail olma müddəti, vasitələri müəyyənləşdirilməli və nəzarət edilməlidir. «Məqsədlər ağacı» - istiqamətləndirici cədvəl kimi müxtəlif məqsədlər arasındakı münasibətləri, onların qiymətləndirilməsini, nail olma mərhələlərini əks etdirir. «Məqsədlər ağacının» qurulması sosial sifarişin, problemli vəziyyətin, layihələşdirmə obyektlərinin, xarici şəraitin, maddi-texniki, maliyyə, əmək, enerji və digər ehtiyatların əhatəli öyrənilməsini tələb edir. İlk məqsədlərin müəyyənləşməsi mərhələsində onlar arasındakı ziddiyyətlər öyrənilməli, gələcək münaqişələrin qarşısı alınmalıdır. Hər bir sistem qarşısında bir neçə məqsəd qaldırılır və onlardan biri əsas məqsəd kimi müəyyənləşdirilir və sistemin funksiyalaşması bütünlüklə həmin məqsədə nail olmağa yönəldilir. 158 5. Sosial layihələşdirmənin vəzifəsi – təmin olunması tələb olunan fərdi, yaxud ictimai tələbatların xülasəsidir. Vəzifələr – sistemin vəziyyətinin, onun maddi, əmək, maliyyə ehtiyatlarının, norma və normativlərinin əhatəli tədqiq edilməsi nəticəsində müəyyənləşdirilir. Bu zaman - a) şəxsi vəzifələr ümumi vəzifələrə qarışdırılmamalıdır; b) vəzifələri həddən artıq təsnif etmək, sosial layihələşdirmə subyektinin təşəbbüskarlığını məhdudlaşdırmaq olmaz. 6.Proqnozlaşdırma – layihələşdirmənin əsas mərhələlərindən olub, layihələşdirmədən ayrılıqda öz mənasını itirir. Həqiqətə daha çox yaxın olan proqnoz idarəetmənin təkmilləşdirilməsinə, layihələşdirmənin səmərəliliyinə imkan yaradır. Layihələşdirmənin sosial texnologiyası əsasında – a) tədqiqat proqnozu müəyyənləşdirilir; b) normativ proqnoz müəyyənləşdirilir; c) proqnozlar verifikasiya və təshih (korrektə) edilir. Tədqiqat proqnozu obyektiv qanunların təsiri və insanların məqsədyönlü müdaxiləsinin heçə endirilməsi əsasında sistemin inkişaf meyllərini xarakterizə edir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin