2. Ailənin funksiyaları Ailənin funksiyalarından danışarkən yadda saxlamaq lazımdır ki, söhbət cəmiyyət səviyyəsində meydana çıxan, ümumi əhəmiyyətli nəticələrə malik olan və cəmiyyətin digər institutları sırasında ailənin rolunu sosial institut kimi müəyyənləşdirən milyonlarla ailənin həyat fəaliyyətinin sosietal nəticələrindən gedir.1 Vurğulamaq zəruridir ki, bu, onların həyata keçirilməsi üzrə ixtisaslaşmış institutlara sanki təhkim olunmuş cəmiyyət funksiyalarıdır. Bu səbəbdən də hər bir institutun öz təkrarsızlığını, profilini müəyyənləşdirən əsas funksiyaları vardır. Ailənin funksiyalarını əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların hamısı əsasdır, lakin ailəni digər institutlardan fərqləndirən funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik funksiyalarını vurğulamağa gətirib çıxarır. A. Q. Xarçevə görə, ailənin spesifik funksiyaları onun mahiyyətindən irəli gəlir və sosial hadisə kimi onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin onları həyata keçirməyə məcbur olduğu, yaxud uyğunlaşdığı funksiyalardır. 1. Ailənin doğum (reproduktiv funksiya), 2. Uşaqların himayəsi (ekzistensial funksiya), 3. onların tərbiyəsi (sosiallaşdırma funksiyası) kimi spesifik funksiyaları cəmiyyətin bütün inkişaf mərhələrində qalır, hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər. İnsan cəmiyyəti daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və sosiallaşdırılmasının təşkilinin sosial forması kimi ailəyə sosial tələbat həmişə aktualdır. Bu həm də elə özünəməxsus formadadır ki, bu zaman həmin sosietal funksiyaların həyata keçirilməsi ailəvi həyat tərzinə fərdlərin şəxsi motivasiyası şərtilə, hər hansı xarici məcburiyyət və təzyiqsiz baş verir. Ailə və uşaqlara şəxsi tələbat, nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o deməkdir ki, ailə və cəmiyyətin mövcudluğu yalnız milyonlarla insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı iləşərtlənir, həm də yalnız bu səbəbdən əhalinin artımı baş verir. Əhali artımının sosial təşkilini insanların şəxsi motivlərinə deyil, təhrikəəsaslanan digər formalarını ağıla gətirmək, təsəvvür etmək mümkün olsa da, bu formalar artıq ənənəvi sosial-mədəni mənada tarixdən məlum olan bütün ailə tiplərinə alternativ ailə sayıla bilməz. Yuxarıda deyilənlər ictimai həyatın dəyişməsinin elə potensial imkanlarını səciyyələndirir ki, bu zaman əhali artımına olan sosial ehtiyac şəxsiyyətin sosial davranışını istənilən formalarını seçmək azadlığı ilə ziddiyyətə girir. Belə təzadlı perspektivin nə qədər real olduğunu məhz ailə sosiologiyası cavablandırmalıdır, axı, onun-ailənin «mütərəqqi» inkişafı nəzəriyyələrindən əlavə, həm də ailə «böhranı» nəzəriyyələri vardır. Ailənin «cəmiyyətin bütün inkişaf şəraitində» öz spesifik funksiyalarını «həmişə» saxlaması haqqında tezis nisbidir. Təəssüf, amma sosiumun prinsipcə elə dəyişməsi mümkündür ki, bu zaman insanların fərdi istəkləri əleyhinə olan sosial davranış növlərinə məcbur edilməsi tədbirləri sosial baxımdan məqbul sayıla bilər. Belə nəticənin mümkünlüyü gələcəyin bədbin və ya [285 - 286] nikbin qiymətləndirilməsindən deyil, ailənin uşaqlara ehtiyacının tarixən azalmasından və cəmiyyətin sadəcəəhali artımına ehtiyacı olmasından asılıdır. Ər-arvadın uşaqlara olan şəxsi tələbatı ilə sosiumun işçilərə olan şəxssizləşdirilmiş tələbatı arasındakı ziddiyyəti (razılıq olmamasının, uyğunsuzluğun, depopulyasiyanın kökləri məhz buradadır) aradan qaldıran təkamül nəticəsində meydana çıxan institut kimi ailənin gələcəyi sosial sistemin ailəni, ər-arvadı onun səciyyəvi funksiyalarının gerçəkləşdirilməsinəşəxsən cəlb edilməsi ilə birlikdə qoruyub saxlaya bilməsindən asılıdır. Ailənin mülkiyyətin toplanması və ötürülməsi, statusu, istehsal və istehlakın, ev təsərrüfatının, istirahət və asudə vaxtın təşkili, ailə üzvlərinin sağlamlığı və rifahı, gərginliyin aradan qaldırılması və hər kəsin Mənlinin özünümühafizəsi ilə bağlı mikroiqlimin yaradılması və s. haqqında qayğı iləəlaqədar qeyri-səciyyəvi funksiyaları ailə ilə cəmiyyət arasında əlaqənin tarixi xarakterini əks etdirir, ailədə uşaqların doğulması, saxlanması və tərbiyəsinin məhz necə baş verdiyinin tarixən keçici görüntüsünü açıqlayır. Odur ki, ailə dəyişiklikləri müxtəlif qeyri-səciyyəvi funksiyaların tarixi mərhələlərin müqayisəsindəən nəzərə çarpan şəkildə aşkarlanır: yeni şəraitdə onlar modifıkasiya olur, məhdudlaşır və ya genişlənir, tam və ya qismən yerinə yetirilir, hətta tamamilə yox olur. Ailə münasibətlərinin, ailəvi rolların təhlili onun funksiyalarını dərk etmək üçün mühüm əhəmiyyət kəsb edir. Ailəvi rol insanın cəmiyyətdəki sosial rollarından biridir. O, ər ilə arvadın ailədə yeri və funksiyaları ilə müəyyən olunur və izdivac (ər, arvad), valideyn (ata, ana), uşaq (oğul, qız, qardaş, bacı), nəsildaxili (baba, nənə) və s. rollara bölünür. Ailəvi rolun icrası bir sıra şərtlərdən asılıdır. Ailənin hər bir üzvü özü üçün dəqiq müəyyən etməlidir ki, bu və ya digər davranış ona hansı qaydaları, normaları diktə edir. Ailədə yaşına görə, eləcə də, rol statusuna görə hamıdan böyük, məsələn, ailə başçısı - ər olmasına baxmayaraq, əgər o, zəif iradəlidirsə, müasir şəraitdə bu rolda müvəffəqiyyət qazana bilməyəcəkdir. Ailəni uğurla idarə etmək üçün rolun şəraitin tələblərinə müvafıq surətdə dəyişkən olması və bununla bağlı rolda davranışın çevikliyi mühüm əhəmiyyət kəsb edir. Ailədə sözügedən funksiyaların yerinə yetirilməsi zamanı rol münaqişələrinin yaranması da müşahidə oluna bilər. XX əsrin əvvəlləri üçün sosial institutlar ailə ilə daha çox qovuşaraq, təhsil və tərbiyə (məktəb və uşaq bağçaları), müdafiə və mühafızə (polis və ordu), qidalanma, geyimlə təchizat, asudə vaxt (xidmət sferası), rifah və sosial statusun ötürülməsi (industrial muzdlu əmək) funksiyalarını öz üzərinə götürürlər.