Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 27. Müasir şəraitdə sosial proqnozlaşdırma və layihələşdirmə



Yüklə 1,1 Mb.
səhifə112/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   106   107   108   109   110   111   112   113   114
SOS KONSP 2021

MÖVZU № 27. Müasir şəraitdə sosial proqnozlaşdırma və layihələşdirmə
PLAN:
1. Sosial proqnozlaşdırmanın əmələgəlməsi və inkişafı
2. Sosial layihələşdirmənin mahiyyəti, metodologiyası

Sosial proqnozlaşdırmanın əmələgəlməsi və inkişafı
İnsanlar fərqli zaman və fərqli məkan haqqında düşünməyə başladıqdan sonra gələcək haqqında dini, utopik və fəlsəfi-tarixi istiqamətlər inkişaf etdi. Arxeoloji və etnoqrafik mənbələr göstərir ki, ibtidai şüur uzun müddətli inkişaf mərhələsindən sonra keçmiş və gələcək haqqına düşünməyə başlamışdı. İbtidai dövrdə yalnız indiki zaman mövcud idi, keçmiş və gələcək indiki zamana çox yaxın vaxt müddəti kimi qəbul edilirdi, yəni uzaq gələcək haqqında düşünmək bacarığı inkişaf etməmişdi. Gələcək haqqında məlumat vermək və gələcəyə təsir etmək üçün cadugərlərə müraciət olunurdu. İnsanlar uzun müddət indiki və gələcək zamanı eyniləşdirirdilər, yəni hər hansı gələcək heç bir dəyişikliklər gözlənilməyən sonsuz davamlı indiki zaman idi. Gələcək haqqında ilkin mifoloji təsəvvürlərdə sadə təbiət hadisələrilə bağlı fantastik məlumatlar verilirdi. Dünya haqqında mifik modellərdə tarixi prosesin dövrü inkişaf xətti izlənilir: doğuluş (törəmə) – inkişaf (artım) – tənəzzül (azalma) – ölüm (yox olma). Misir miflərində «ilkin zaman» dünyanın yaradılışı ilə başlayır. Əvvəlcə allah Xepri dünyaya gəldi, «ilkin materiyadan özünü yaratdı», sonra isə dünyada olanları yaratdı. Misir miflərində inkişaf və tənəzzül allahların fəaliyyətinin nəticəsi kimi izah olunurdu. «Ölkə tənəzzül dövründə idi. Allahlar bu ölkədən üz döndərmişdilər».
Proqnozlaşdırma ilə bağlı anlayışlar kitabının hazırlanması 1975-ci ilə aiddir. Əsas anlayışlar kimi öncəgörmə və proqnozlaşdırma qəbul edilir. Öncəgörmə elmi və qeyri-elmi olana bölünür. Elmi öncəgörmə təbiətin, cəmiyyətin və təfəkkürün inkişaf qanunauyğunluqlarına əsaslanan biliklərə görə formalaşır. Qeyri-elmi, yaxud intuitiv öncəgörmə hissiyyata və gündəlik təcrübəyə əsaslanır. Dini öncəgörmə isə gələcəyin fövqəltəbii qüvvələr tərəfindən formalaşdığını qəbul edir, yaxud mövhumatçılığa qapılır. Bəzən öncəgörmə həm gələcək, həm indi, həm də keçmiş haqqında informasiyaya da aid edilir. Məsələn faydalı qazıntı yataqlarının qiymətləndirilməsilə bağlı prezentist öncəgörmə, qədim abidələrin bərpası ilə bağlı rekonstruktiv öncəgörmə, indidən keçmişə yönəlmiş reversiv öncəgörmə, keçmişdən indiyə yönəlmiş imitasion öncəgörmə fərqləndirilir. Öncəgörmə iki konkretləşmə formasından ibarətdir: 1)qabaqcadan xəbərvermə ilə bağlı – deskriptiv, yaxud təsviri, 2) idarəetmə ilə bağlı - preskriptiv, yaxud təlimatlı. Qabaqcadan xəbərvermə gələcəklə bağlı problemin həll edilməsi üçün mümkün, yaxud arzu edilən perspektivin təsviri ilə bağlıdır. Əvvəlcədən təlimatlandırma gələcəyə aid informasiyanın şəxsiyyətin və cəmiyyətin məqsədəuyğun fəaliyyəti üçün istifadə edilməsilə bağlıdır. Qabaqcadan xəbərvermə qabaqcadan duyma, proqnozlaşdırma ilə çulğaşır. Qabaqcadan duyma gələcək haqqında intuisiya, şüuraltı səviyyədə olan informasiyadır. Qabaqcadan duyma həyat təcrübəsinə əsaslanan məlumatlar toplusudur. Proqnozlaşdırma isə xüsusi elmi tədqiqatdır və onun əsas predmeti gələcək inkişaf perspektividir. Qabaqcadan təlimləndirmə cari idarəetmə məsələlərinin ehtimallaşdırılması, planlaşdırılması, proqramlaşdırılması, layihələşdirilməsi formalarından ibarətdir. Ehtimallaşdırma fəaliyyətin ideal ehtimali nəticəsinin təmin edilməsinə yönəlir. Planlaşdırma - qoyulan məqsədə nail olmaq üçün mümkün vasitələr əsasında insanın gələcək məqsədyönlü fəaliyyətinin proyeksiyalaşdırılmasıdır (cizgilərinin qurulmasıdır). Proqramlaşdırma – əsas müddəaların qurulması və planların reallaşdırılması prosesində ardıcıllıqla istifadə edilməsidir. Layihələşdirmə – gələcəyin konkret təsvirinin, gələcəklə bağlı konktret proqramların yaradılmasıdır. İdarəetmə bu dörd anlayışı özündə birləşdirir. Lakin bu 38 anlayışlara aid olan ümumi element – qərardır. Lakin idarəetmədə qərar mütləq planlaşdırma, proqramlaşdırma, layihələşdirmə xüsusiyyəti daşımır. Bu anlayışlar həm də proqnozların, məqsədlərin, planların, proqramların, layihələrin, təşkilati qərarların hazırlanması prosesi kimi müəyyənləşdirilə bilər. Bu nöqteyi-nəzərdən proqnoz – perspektivlər, mümkün vəziyyətlər və alternativ yollar haqqında elmi əsaslandırılmış ehtimali mühakimədir. Məqsəd – ehtimali nəticələrə dair qərardır. Plan – müəyyən işlərin müəyyən vaxtda və müəyyən vasitələrlə yerinə yetirilməsilə bağlı nizamlı, ardıcıl fəaliyyət haqqında qərardır. Plan – tədbirlər sisteminin nizamlanması, ardıcıllığı, tədbirlərin yerinə yetirilmə vaxtı və vasitələrini nəzərdə tutur. Proqram – tədbirlər toplusuna aid olan qərar kimi elmi-texniki, sosial, sosialiqtisadi və digər problemlərin həllinə yönəlir. Proqram plandan əvvəlki qərar, həmçinin planın müəyyən aspekti ilə bağlı ola bilər. Layihə – müəyyənləşmiş tədbirlə bağlı qərardır və proqramın bu və ya digər aspektinin reallaşdırılması üçün vacibdir. Qərar – məqsədə nail olmaq üçün güman edilən ideal fəaliyyətdir. Dini öncəgörmə vəhy, qabaqcadan xəbərvermə, fala baxma, sehrbazlıq, cadu, dua və s. formalara malikdir. Qabaqcadan xəbərvermə və qabaqcadan təlmatlandırma bir-birilə sıx bağlıdır. Təlimatlandırmada iradi başlanğıc üstünlük təşkil edir, buna görə də onun elmi əsaslandırılması vacibdir, yəni təsvir (analiz), izah (diaqnoz) və qabaqcadan xəbərvermə (proqnoz) hər bir elmin üç əsas funksiyasını təşkil edir. Proqnozlaşdırma gələcəyin bəzi hissələrini duymaqdan ibarət deyil, proqnoz verən gələcək təzahürlərin dialektik səbəbiyyətinə əsaslanır, zərurətin təsadüfdən doğduğunu nəzərə alır, gələcək təzahürləri öyrənərkən ehtimali yanaşmaya istinad edir. Məhz belə yanaşmada proqnoz daha səmərəli istifadə edilə bilər. Pronoz plandan əvvəl olmalı, hadisələrin gedişini, planların nəticələrini qiymətləndirməli, planlaşıdırılması və qərarlaşdırılması mümkün olmayan bütün təzahürləri əhatə etməlidir. Proqnoz hər hansı bir zaman kəsiyini əhatə edə bilər. Pronoz və plan gələcək haqqında informasiyanın istifadəsinə görə fərqlənir. Mümkün və arzu edilənin ehtimali təsivri proqnoza aiddir. Mümkün və arzu edilənlə bağlı tədbirlərə dair qərarların qəbul edilməsi plana aiddir. Proqnoz və plan bir-birindən asılı olmayaraq hazırlana bilər. Planın səmərəli olması üçün əvvəlcədən proqnoz olmalı və planlı fəaliyyət gedişində proqnozlaşdırma davam etməlidir. Gələcəyin proqnozlaşdırılması üçün bir sıra qanunauyğunluqlara əsaslanmaq lazımdır: statik, tsiklik dinamik, sosiogenetik. Statika proqnozlaşdırılan sosial obyektin strukturunu, onun daxili və xarici qarşılıqlı əlaqələrini aşkar etməyə və sosial sistemlərin gələcək dinamikasında vacib tarazlığın saxlanmasına kömək edir. Tsiklik 39 dinamiklik sosial sistemlərin inkişafında qeyri-bərabərliyi aşkar etməyə, tsikllərin və fazaların bir-birini əvəz etməsini, sosial böhranların əmələ gəlməsini, sistemlərin qarşılıqlı əlaqəsini görməyə imkan verir. Sosiogenetika sistem mövcud olduğu dövrdə onun mövcud dəyişikliklərə uyğunlaşmasını əsaslandıran irsi dəyişkənlik mexanizmlərini izah etməyə, dəyişən sosial şəraitdə sistemin yaşamaq imkanlarını qoruyan və genotipi zənginləşdirən təbii və məqsədyönlü seçmə bacarıqlarını müəyyənləşdirməyə imkan yaradır. Ən mürəkkəb və məsuliyyətli element olan tsiklik dinamikanın proqnozu tsikllərin və onun fazalarının, mərhələli böhranların bir-birini əvəz etməsini nəzərdə tutur. Hər bir tsikl öz inkişafında 5 mərhələ keçir: 1) əvvəlki tsiklin nüvəsində yeninin əmələ gəlməsi; 2) yayılma (diffuziya); 3) sabit inkişaf (yetkinlik); 4) köhnəlmə; 5) yeni, daha proqressiv sistem tərəfindən sıxışdırılma. Bu mərhələlərdən sonra sistem ya yeni mərhələyə keçir, ya da süqut edir. Sosial sistemin dinamikasında tsikllər müxtəlif müddətli olur: qısa müddətli tsikllər (3-4 il); orta müddətli (8-12 il); uzun müddətli (40-60 il); çox uzun müddətli (bir neçə əsr) və minillik tsikl. Sosial sahədə proqnozlaşdırmanın 3 növünü fərqləndirirlər: I – qeyri-sabit hadisələrin proqnozlaşdırılması; II – müəyyən dərəcədə düzgün təkrarlanma, tsiklik xüsusiyyətli hadisələrin proqnozlaşdırılması; III – bu və ya digər ümumi tendensiyaların inkişafının proqnozlaşdırılması. Proqnoz verərkən genetik və ilahiyyatçı yanaşmalar nəzərə alınmalıdır. Genetik yanaşma tədqiq edilən obyektin qanunauyğunluqları və tendensiyalarının dərindən öyrənilməsinə əsaslanır. İlahiyyatçı yanaşma subyektiv və obyektiv qanunauyğunluqların təhrif olunmasına əsaslanır. Hər iki yanaşmanın kombinə edilməsi pronozların əsaslandırılmasını, fəallığını və məqsədyönlülüyünü təmin edir. Hal-hazırda əsas üç amil: 1) bazar iqtisadiyyatı şəraitindəki qeyri-sabit və dəyişkən mühit; 2) mülkiyyətin mərkəzdən uzaqlaşması; 3) açıq cəmiyyət, çoxsahəli iqtisadiyyat əsas rol oynayır. Sosial proqnozlaşdırmanın üç əsas funksiyasını fərqləndirirlər: 1)Proqnozlaşdırılan obyektin inkişaf və qarşılıqlı əlaqələndirilməsi sisteminin tendensiyasının proqnozlaşdırılması; 2) Qəbul edilən qərarların proqnozlu əsaslandırılması; 3) Qərarların yerniə yetirilməsinin proqnozla müşayiət edilməsi – proqnozlaşdırmaya əsaslı təsir göstərir. Sosial proqnozlaşdırma qeyri-müəyyən, bir mənalı olmayan və strateji xarakterli olur. Proqnozun qiymətləndirilməsi onun həqiqilik dərəcəsinə uyğun olur. Mütləq verifikasiya proqnozun empirik təsdiqinə və ya inkarına əsaslanır. Nisbi verifikasiya yoxlama tədqiqatlarla proqnozlaşdırılmış hadisənin düzgünlüyünün əvvəlcədən öyrənilməsinə cəhd edir. Yüksək 40 həqiqilik dərəcəsi təsdiq olunan pronoz plan işlərinin əsasını təşkil edir. Əks təqdirdə proqnozun həqiqiliyi dəqiqləşdirilir. Sosial proqnozlaşdırma aşağıdakı mərhələlərə bölünür: 1) proqnozdan əvvəlki mövqeyin və ya tədqiqat proqramının tərtib edilməsi. Bu zaman proqnazlaşdırma obyekti və proqnozun parametrləri müəyyən edilir. Proqnozun parametrləri dedikdə – əsaslandırma mərhələsi, müəyyənləşdirmə mərhələsi və proqnozun həqiqiliyi nəzərdə tutulur. Burada məqsəd və vəzifələr, parametrələr, problemlər, hipotezlər, metodlar, tədqiqatın strukturu və təşkili formalaşdırılır. 2) Proqnozlaşdırma obyektinin modeli qurulur. 3) Obyektin inkişafına təsir edən xarici amillərin təhlili yolu ilə proqnozlaşdırma fonu müəyyən edilir. 4) Modelin maksimal və minimal imkanları hesablanır və mümkün problemlər ağacı qurulur. 5) Normativ proqnozlaşdırmada ideal (qeyri-məhdud proqnozlaşdırma fonu) və optimal (məhdudiyyətlərin nəzərə alınması) vəziyyəti müəyyənləşdirilir və bu istiqamətdə mümkün fəaliyyət yolları hazırlanır. Proqnozların tipologiyası məqsəd, vəzifə, obyekt, problem, metodlar, pronozlaşdırmanın təşkili və s. kimi müxtəlif meyrlara görə müəyyənləşə bilər. Əsas meyar problem-məqsədli meyardır: proqnoz nə üçün hazırlanır? Əsasən proqnozun iki tipi fərqləndirilir: kəşfiyyat və normativ. Kəşfiyyat pronoz – təzahürün gələcəkdə mümkün vəziyyətinin müəyyənləşdirilməsinə yönəlir. Mümkün qərar və fəaliyyətdən təcrid edilərək, tədqiq edilən təzahürün keçmiş və cari inkişaf meylləri nəzərə alınmaqla onun gələcək inkişaf meyllərini dəyişmək və proqnozun özünü reallaşdırması, yaxud özünü məhvi prosesinə nail olmaq mümkündür. Belə proqnoz – mövcud meyllərin saxlanması şəraitində nə baş verə bilər? – sualına cavab verir. Kəşfiyyat proqnoz müəyyən imkanlar şkalası əsasında qurulur və bu əsasda proqnozlaşdırılan təzahürün ehtimal dərəcəsi müəyyənləşir. Kəşfiyyat proqnozlaşdırma və ya ekstrapolyasiya idarəetmə obyektinin keçmiş və müasir inkişaf tendensiyalarını nəzərə alaraq, onun gələcəkdə mümkün vəziyyətini müəyyənləşdirməkdir. Bu ənənəvi, məqsədli proqnozlaşdırmadır. Bu proqnozlaşdırma növü sosial idarəetmə obyektinin müxtəlif nöqteyi-nəzərlərdən analiz edilən bir sıra ehtimali vəziyyətlərini öyrənir. Bu gələcək problemli vəziyyəti ifadə edən informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsinə xidmət edir. İdarəetmə obyekti haqqında düzgün proqnozlar söyləmək üçün sosial mühitin inkişafına təsir edən keyfiyyət dəyişiklikləri nəzərə alınmalıdır. Proqnoz dairəsi elmi-texniki, demoqrafik, ekoloji, iqtisadi, daxili və xarici siyasi vəziyyəti və cəmiyyətin 41 digər sahələrini əhatə edir. Proqnozun həqiqilik səviyyəsi elmi faktların, əsaslandırılmış tendensiyaların tamlığından asılıdır. Sosial proqnozlaşdırmada kompleks proqnozlar istifadə edilir. Buraya aparıcı və köməkçi istiqamətli proqnozlar daxil olur. Bu metod idarəetmədə geniş istifadə edilir. Lakin böhran və keçid dövrlərində bu metod düzgün nəticələr vermir. Normativ pronqoz – təzahürün mümkün vəziyyətinə nail olma yollarının və müddətinin müəyyənləşdirilməsilə bağlıdır. Bu zaman norma, ideallar, hərəkətverici səbəb və məqsədlər əsasında arzu edilən vəziyyətə nail olma nəzərdə tutulur. Belə proqnoz – arzu edilənə hansı yollarla nail olmaq mümkündür? – sualına cavab verir. Normativ proqnozlaşdırma qoyulan məsələdən müşahidə edilən meyllərə yönəlir. Normativ proqnozlaşdırma normativ planlaşdırma, proqramlaşdırma, yaxud layihələşdirməyə uyğundur və normalara nail olmanın mümkün, alternativ yollarının ehtimali təsviridir. Normativ proqnozlaşdırma qərarların obyektivlik və səmərəlilik səviyyəsinin yüksəldilməsilə bağlı tövsiyyələr təklif edir. Məqsədli pronoz alt tip kimi – nə arzu ediləndir və nə üçün? – sualına cavab verir. Bu zaman dəyər funksiyası əsasında: arzu ediləndir – daha az arzu ediləndir – daha çox arzu ediləndir – çox arzu ediləndir – səmərəlidir şkalası istifadə edilir. Oriyentasiya – məqsədə nail olmanı optimallaşdırır. Plan proqnoz – planların yerinə yetirilməsi gedişində kəşfiyyat və normativ proqnozlaşdırmanın məlumatlarından istifadə edərək, daha məqsədəuyğun normativlərin, məsələlərin, təlimatların seçilməsi, lazımsız alternativlərin aradan qaldırılması və qərarların mümkün nəticələrinin aşkar edilməsinə yönəlir. Bu proqnoz – qoyulan məqsədlərə daha səmərəli nail olmaq üçün planlaşdırmanı necə və hansı istiqamətdə yönəltməli? – sualına cavab verir. Proqram proqnoz – arzu edilənə nail omaq üçün nə vacibdir? – sualına cavab verir. Bu suala cavab vermək üçün həm kəşfiyyat, həm də normativ proqnozlaşdırmanın nəticələri vacibdir. Proqram proqnozlaşdırma müxtəlif amillərin mümkün qarşılıqlı təsiri haqqında hipotez hazırlamalı, məqsədə nail olmanın ehtimali müddətini və ardıcıllığını müəyyənləşdirməlidir. Bu əsasda plan proqnozun başladığı iş sona çatdırılır. Layihə proqnoz – bu necə mümkün ola bilər, bu necə görünəcək? – sualına cavab verir. Layihə proqnozlar səmərəli layihələşdirmənin optimal variantlarının seçilməsinə kömək edir. Təşkilati proqnoz – qərarı hansı istiqamətdə yönəltmək? – sualına cavab verir. Bu zaman kəşfiyyat və normativ proqnozlaşdırmanın nəticələri müqayisə edilir və bu əsasda idarəetmənin ümumi səviyyəsini yüksəldən təşkilati tədbirlər kompleksi müəyyənləşdirilir. 42 Zaman müddətinə görə - operativ (cari), qısa, orta, uzun və çox uzun müddətli proqnozlar fərqləndirilir. Operativ proqnozlar tədqiqat obyektində əsaslı dəyişikliklər (nə kəmiyyət, nə də keyfiyyət) gözlənilməyən yaxın gələcəyə aid olur. Qısa müddətli proqnozlar yalnız kəmiyyət dəyişikliklərini, uzun müddətli proqnozlar isə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliklərini nəzərdə tutur. Orta müddətli proqnozlar qısa və uzun müddətli proqnozlar arasında orta mövqe tutur, bu zaman kəmiyyət dəyişiklikləri üstünlük təşkil edir. Çox uzun müddəti əhatə edən proqnozlar isə təbiətin və cəmiyyətin ümumi inkişafı ilə bağlı əhəmiyyətli səviyyəli keyfiyyət dəyişikliklərini nəzərdə tutur. Operativ proqnozlar – müfəssəl kəmiyyətli qiymətləndirməni, qısa müddətli proqnozlar – ümumi kəmiyyət, orta müddətli proqnozlar – kəmiyyət-keyfiyyət, uzun müddətli proqnozlar – keyfiyyət-kəmiyyət, çox uzun müddətli proqnozlar – ümumi keyfiyyət qiymətləndirilməsini nəzərdə tutur.
Proqnozların müddətli bölgüsü nisbidir və proqnozun xüsusiyyət və məqsədinə görə müəyyənləşir. Bəzi elmi-texniki proqnozlarda müddət günlərlə, geologiya, yaxud kosmologiyada isə miliyon illərlə ölçülə bilər. Sosial-iqtisadi proqnozlarda inkişaf xüsusiyyətinə və sürətinə uyğun olaraq, operativ proqnozlar – bir ilə qədər, qısa müddətli – bir ildən beş ilədək, orta müddətli – beş ildən on ilədək, uzun müddətli – on ildən on beş ilədək, çox uzun müddətli – on beş ildən çox uzun müddəti əhatə edən proqnozlar verilir. Bu zaman sosial-iqtisadi sahənin müxtəlif tərəfləri nəzərə alınır. Siyasətdə qısa və uzun müddətli proqnozlar arasındakı zaman müddəti – on il, şəhərsalmada – yüz il, iqtisadiyyatda – xalq təsərrüfatı planlarına əsasən müəyyənləşir. Tədqiqat obyektinə görə təbiətşünaslıq, elmi-texniki və ictimai proqnozlar fərqləndirilir. Təbiətşünaslıqla bağlı proqnozlarda qabaqcadan xəbərvermə və təlimat vermə arasında qarşılıqlı əlaqə çox zəifdir, çünki obyekt idarəedilməzdir. Burada yalnız kəşfiyyat xarakterli proqnozlaşdırmadan istifadə edilir. İctimai proqnozlarda bu əlaqə o dərəcədə sıxdır ki, özünü təsdiqləmə, yaxud özünü məhv ilə nəticələnə bilər. Buna görə də burada idarəetmənin səmərəliliyini yüksəltmək üçün kəşfiyyat və normativ proqnozlaşdırma uyğunlaşdırılmış şəkildə istifadə edilməlidir. Elmi-texniki proqnozlaşdırma aralıq mövqe tutur. Təbiətşünaslıqla bağlı proqnozlar – meteoroloji (hava, hava axını, təbiət təzahürlərilə və s. bağlı), hidroloji (dəniz qabarmaları, sunami, tufan və digər hidroloji təzahürlərlə bağlı), geoloji (faydalı qazıntı yataqları, zəlzələ, lava axını və s. bağlı), bioloji və kənd təsərrüfatı da daxil olmaqla (məhsuldarlıq, xəstəlik və bitki və heyvanlar aləmində və biosferdə baş verən hadisələr), tibbi-bioloji (insan xəstəlikləri), kosmoloji (səma cismlərinin 43 vəziyyəti və hərəkəti, şüalanma və digər kosmik təzahürlər), mikro dünyanın fiziki-kimyəvi təzahürləri haqqında proqnozlar verilir. Elmi-texniki proqnozlar dar mənada mühəndis proqnozlaşdırılması adlandırılır və materialın vəziyyəti, iş mexanizmləri, alətləri, elektron aparatları ilə bağlı olur, geniş mənada isə elmin inkişaf problemləri, elmi kadrlar və müəssisələr, texniki problemlər, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları və s. ilə bağlı proqnozlardır. İctimai proqnozlar – sosial-tibbi (səhiyyə, bədən tərbiyəsi və idman), sosial-coğrafi (yer səthinin mənimsəmə perspektivləri), sosial-ekoloji (təbii mühit və cəmiyyət arasında tarazlığın saxlanması), sosial-kosmik (kosmosun mənimsənilməsi perspektivləri), iqtisadi (xalq təsərrüfatının və iqtisadi münasibətlərin inkişaf meylləri), sosioloji (sosial münasibətlərin inkişaf meylləri), psixoloji (şəxsiyyət, onun davranışı, fəaliyyəti), demoqrafik (inkişaf, yaş strukturu, miqrasiya), filoloji-etnoqrafik, yaxud linqvistetnoqrafik (dilin, yazının, şəxsi adların, Milli ənənələrin, adətlərin inkişafı), memarlıq-şəhərsalma (yerləşdirmənin sosial aspektləri, şəhər və kəndlərin inkişafı), təhsil-pedoqoji (tərbiyə və təlim, xalq təhsili sahəsində kadr və müəssisələrin inkişafı, yaşlıların özünütəhsilləndirilməsi və s.), mədəni-etnik (incəsənətin, ədəbiyyatın, mədəniyyətin maddi-texniki bazası, bədii məlumat, mədəniyyət sahəsinə aid kadrların və müəssisələrin inkişafı və s.), dövləthüquqi (dövlətin və qanunvericiliyin, hüquq və kriminologiyanın, hüquqi münasibətlərin inkişafı və s.), daxili siyasət (öz və digər ölkələrin daxili siyasəti), xarici siyasət (öz və başqa ölkələrin xarici siyasəti, beynəlxalq münasibətlər), hərbi (hərbi texniki, hərbi iqtisadi, hərbi siyasi, hərbi strateji, hərbi taktiki, hərbi təşkilati) proqnozlaşdırmadan ibarətdir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin