qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri,
şikəstlər və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının
əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları
(mühacirləri) (məs., ABŞ-dakı Latın Amerikalıları, Qərbi
Avropada müsəlmanları), milli azlıqları (məs. katalonları, baskları,
uelsliləri, kvebekliləri) və yerli xalqları (məs., Şimali Amerikadakı
yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər.
Multikulturalizm məfhumunun məzmununun müəyyənləşdirilməsinə
onun tolerantlıq və interkulturalizm məfhumları ilə müqayisə
edilməsi kömək edir.
Multikulturalizm məfhumu öz məzmununa görə tolerantlıq
məfhumuna yaxındır. Daha konkret desək, tolerantlıq multikulturalizm
siyasətinin əsasını təşkil edir. Yuxarıda qeyd etdik ki, müasir
dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni
müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər etnik-mədəni dəyərlərdə
əks olunur. Etnik-mədəni dəyərlərin müəyyən qismi etnik və dini
azlıqlara məxsusdur. Multikulturalizm bir siyasət kimi bu azlıqlara və
onlara məxsus olan etnik-mədəni dəyərlərə münasibətdə titul xalq tərəfindən
dözümlülüyün nümayiş etdirilməsini nəzərdə tutur. Lakin
multikulturalizm məfhumunun həcmi tolerantlıq məfhumunun həcmi
ilə məhdudlaşmır. Onun həcmi daha genişdir. Eyler dairəsi vasitəsilə
bu iki məfhumun münasibəti aşağıdakı şəkildə təsvir olunmuşdur.
A - multikulturalizm
B - tolerantlıq
Multikulturalizm etnik və dini azlıqlara münasibətdə tolerantlılıqla
yanaşı onlara və onların etnik-mədəni dəyərlərinə hörmətlə yanaşmanı
da ehtiva edir. Bununla əlaqədar tanınmış britaniyalı tədqiqatçı
Bhixu Parex qeyd edir ki, multikulturalizm şəraitində etnik və
dini azlıqların tanınması tələbi tolerantlığı aşaraq cəmiyyətdə mövcud
olan müxtəliflikləri qəbul etməyi, onlara hörmətlə yanaşmanı və hətta
onları təsdiq etməyi nəzərdə tutur.
Multikulturalizm və interkulturalizm məfhumlarına gəldikdə isə
qeyd etmək lazımdır ki, bəzən ədəbiyyatda bu məfhumları bir-biri ilə
qarışdırırlar, hətta eyniləşdirirlər. Lakin bu, düzgün deyil. Belə ki,
multikulturalizm və interkulturalizm məfhumları arasında müəyyən
fərqli cəhətlər vardır.
Etnik-mədəni müxtəlifliklərin birgə yaşayışını, onlar arasında
tolerantlığın, hətta qarşılıqlı hörmətin inkişaf etdirilməsini nəzərdə
tutan multikulturalizm bu müxtəliflikləri qabartmaqla bəzən cəmiyyətdə
sosial fraqmentasiya, dezinteqrasiya hallarının yaranmasına səbəb
olur. Nəticədə etnik-mədəni qruplar bir-birindən təcrid olurlar. Belə
halların qarşısını almaq üçün etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin
arasında dialoq və əməkdaşlıq münasibətləri inkişaf
etdirilməlidir. Bu isə interkulturalizmlə bağlıdır. İnterkultural cəmiyyətdə
hər bir etnik-mədəni qrup öz kimliyini qorumaqla digər etnikmədəni
qruplarla dialoq yolu ilə ümumi sosial-mədəni mühitin yaradılması
naminə əməkdaşlıq edir. Yaradılan bu ümumi sosial-mədəni
mühit cəmiyyətdəki inteqrasiya proseslərinin güclənilməsini təmin et-
A
B
məklə yanaşı etnik-mədəni müxtəlifliklərin qorunması və inkişaf etdirilməsi
üçün əlverişli şərait yaradır. Bu isə etnik-mədəni qruplar arasında
qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərini daha da gücləndirir.
Başqa sözlə desək, interkultural cəmiyyət keyfiyyətcə yeni inkişaf
mərhələsidir. Bu mərhələdə etnik, irqi, dini və mədəni qruplar birbirinin
etnik-mədəni dəyərlərinə hörmətlə yanaşmaqla yanaşı bir-birilə
əməkdaşlıq edirlər. Bu isə öz növbəsində cəmiyyətdə inteqrasiya
meyllərini möhkəmlədir.
Dostları ilə paylaş: |