alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla
bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa
uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün
multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir” .
Bu gün dünyada multikulturalizm siyasətinə ikili baxış formalaşmışdır
desək, səhv etmərik. Qabaqcıl Avropa ölkələrindəki multikultural
mühit son zamanlar dövlət siyasətindən kənarda, stixiyanın öhdəsinə
buraxılmışdır. Buna əsas səbəb kimi Böyük Britaniyada, Fransada,
Almaniyada və başqa inkişaf etmiş Avropa ölkələrində get-gedə
dərinləşən mənəvi böhranı göstərə bilərik. Başqasına, özündən olma-
yana acımamaq “öz və özgə” qarşıdurmasının kəskinləşməsinə gətirib
çıxarır. Artıq bu ölkələrdə multikulturalizmin gələcəyinə inanmırlar.
Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron (2010-2016) bu
vəziyyəti ümidsiz kimi qiymətləndirir və qeyd edir ki, onun ölkəsində
multikulturalizm siyasəti iflasa uğramış sayıla bilər. Bu yanaşmanı
bütövlükdə multikulturalizm siyasətinin bədbin qütbü adlandıra bilərik.
İkinci qütb isə Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı
nikbin qütbdür. Azərbaycan – multikulturalizmin təntənəsini yaşadan
ölkə, multikulturalizm isə Azərbaycanda məhz dövlət siyasətidir.
Tarixən Azərbaycanın multikultural və tolerant bir ölkə olması,
burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi,
həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin
qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi
Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə
səbəb olmuşdur. Leksikona “multikulturalizmin Azərbaycan
modeli”, “Azərbaycan multikulturalizmi” kimi terminlər daxil olmuşdur.
Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi
təcrübəyə dünyada maraq artmaqdadır. Bunun bariz göstəricisi son
dövrdə bir sıra Azərbaycan və xarici ölkə ali məktəblərində “Azərbaycan
multikulturalizmi” adlı fənnin tədris olunmasıdır.
Bu fənnin predmeti nədir? O, nəyi öyrədir?
“Azərbaycan multikulturalizmi” fənni əsrlər boyu multikulturalizmin
Azərbaycanda meydana gəlməsinin səbəblərini, onun mahiyyətini,
nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, fərqli cəhətlərini, o
cümlədən üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini
öyrədir.
Fənnin qeyd olunan predmetinə uyğun olaraq onun əsas məqsədi
tələbələrə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin
mahiyyətini, onun xüsusiyyətlərini və bu siyasətin ölkədə uğurla həyata
keçirilməsinin səbəblərini izah etməkdir.
Eyni zamanda “Azərbaycan multikulturalizmi” fənnini öyrənən
tələbə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, dilinin, psixologiyasının,
etnoqrafiyasının, siyasətinin, sosiologiyasının da əsas yaranış
və inkişaf istiqamətlərini öyrənmiş olur. Buradan isə birbaşa yaxın
yol areala (Qafqaza), bir qədər uzaq yol isə bütün Şərqə aparır.
Dostları ilə paylaş: |