Mövzu-1 “AZƏrbaycan multikulturaliZMİ” FƏNNİNİn predmeti, metodlari, funksiyalari və


a. Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə



Yüklə 41,96 Kb.
səhifə11/24
tarix02.01.2022
ölçüsü41,96 Kb.
#39079
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
Mövzu-1

a. Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə

müşahidəçı baş verən prosesi kənardan izləyir;

b. Daxili müşahidə. Burada müşahidəçı baş verən prosesin fəal

iştirakçısı kimi çıxış edir.

Bundan başqa müşahidə zamanı texniki vasitələrdən istifadə

olunub-olunmamasından asılı olaraq müşahidə bilavasitə və ya dolayısı

ilə (instrumental) ola bilər. Bilavasitə müşahidələrdə subyekt obyekt

haqqında məlumatı heç bir texniki vasitədən (televizor, radio,

internet və s.) istifadə etmədən əldə edir. Subyekt obyekt haqqında

bilikləri dolayı yolla da (məsələn, müsahibə və ya anket sorğusu yolu

ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı adlandırırlar.

“Azərbaycan multikulturalizmi” fənnində müşahidə metodu geniş

tətbiq olunur. Məsələn, bu metod vasitəsilə ölkəmizdə müxtəlif etnik

qrupların və dini konfessiyaların nümayəndələri arasında heç bir

qarşıdurmanın olmamasını, bundan başqa onlar arasında xoş münasibətlərin

olmasını müəyyən etməklə burada multikultural şəraitin yüksək

səviyyədə olması haqqında nəticəyə gəlmək mümkündür.

Müqayisə

Müqayisə – obyektlər arasında oxşar və fərqli cəhətləri müəyyən

etmək məqsədilə onların tutuşdurulmasına yönələn metoddur. Bu

metod əyşaların, hadisələrin mahiyyətinin müəyyən edilməsində mühüm rol oynayır. Müqayisə elmi biliyin mühüm mərhələsi olan ümumiləşdirmənin

vacib şərtidir. Bundan başqa müqayisə analogiya üzrə

əqli nəticələrdə də əhəmiyyətli rol oynayır.

Müqayisə metodunun “Azərbaycan multikulturalizmi” fənnində

böyük praktiki əhəmiyyəti vardır. Məsələn, Azərbaycandakı multikulturalizm

modelinin xüsusiyyətlərinin, o cümlədən onun digər modellərdən

üstün cəhətlərinin müəyyən edilməsində bu metoddan geniş

istifadə olunur.


Yüklə 41,96 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin