Ölçü
Ölçü – xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə
etməklə obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodudur.
Bu metod vasitəsilə obyektlərin kəmiyyəti ilə onun xüsusiyyətləri arasında
qarşılıqlı münasibət müəyyən edilir.
Ölçü metodunun “Azərbaycan multikulturalizmi” fənnində tətbiq
olunmasına gəldikdə, bu metod vasitəsilə ölkənin multikulturalizm
sahəsində tədqiq olunan hadisələrin kəmiyyət göstəricilərinin müəyyən
edilməsi onun konkret xüsusiyyəti haqqında məlumat verə bilər.
Məsələn, dövlət qeydiyyatından keçmiş bu və ya digər dini icmanın
nümayəndələrinin ölkədə keçirilən Prezident, Parlament və Bələdiyyə
seçkilərində iştirakının səviyyəsini hesablamaqla biz icmanın siyasi
fəallığını müəyyən edə bilərik.
Dostları ilə paylaş: |