5. Protokolun mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətlri
Protokol rəsmi dövlət, eləcə də idarə və müəssisələrdə ən çox işlədilən sənəd növlərindən biridir. Mənşəcə yunan sözü olub, protok (ilk, birinci vərəq) və kolos (yapışdırmaq) sözlərinin birləşməsindən əmələ gəlmişdir. İclaslarda, konfranslarda, məhkəmələrdə və s. kimi ictimai yerlərdə müəyyən hadisəni, faktı, edilmiş çıxışları, qəbul olunmuş qərarları özündə əks etdirən işgüzar sənəddir.
Protokollar məzmunca müxtəlif olur. Hər hansı bir iclas, müşavirə, plenum və sairədə edilən çıxışları, müzakirə olunan məsələləri, çıxarılan qərarları təzahür etdirmək üçün protokol yazılır. Eləcə də hər hansı bir ictimai qayda-qanun pozulduğu hallarda da (məsələn, yol hərəkəti qaydaları pozulanda) protokol tərtib edilir. Həmçinin dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman da tərtib olunan protokollar vardır. Protokollarda edilən bütün çıxışlar, qəbul olunan qərarlar öz əksini tapmalıdır. Həm də iştirak və çıxış edənlərin adları da qeyd edilməlidir.
Forma və məzəmunca protokollar sadə və ya mürəkkəb olur. “Çıxışların və çıxarılan qərarların sayının az olduğu protokol sadə, ikidən çox məsələni özündə əks etdirən protokol mürəkkəb quruluşlu olur”. (4, 269)
Protokollar müxtəlif formalarda ola bilər. İstintaq protokolları üçün xüsusi blanklar olur. Həmin blanklarda bütün məlumatlar əks olunur. Mülki protokollarda iştirakçıların hamısının adı və qeyd olunan məlumatlar göstərilir.
Protokolların sonunda sədr və katib imza qoyur. Məsələn:
-
Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının 16 may 2019-cu il tarixli, növbədənkənar iclasının
|
|
Dostları ilə paylaş: |