Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Qızdırmalı xəstələrə qulluq



Yüklə 438 Kb.
səhifə35/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
Bölmə 4

Qızdırmalı xəstələrə qulluq. Qızdırmanın gedişindəki 3 dövrdən hər birinin öz klinik mənzərəsi vardır; buna görə də xəstələrə qulluq onların hər birində öz xüsusiyyətlərinə malikdir.
Qızdırma zamanı istilik tənziminin pozulmasından başqa, bütün orqan və sistemlərin fəaliyyətində də pozulma əlamətləri müşahidə edilir. İlk növbədə maddələr mübadiləsi pozulur: bir tərəfdən, yanma artır, digər tərəfədn isə həzm və sorulma funksiyası, iştaha azaldığına görə orqanizmə qidalı maddələr az daxil olur. Bu, orqanizmin öz toxumalarının yanmağa başlamasına gətirib çıxarır: qaraciyərin karbohidratları, piy toxumasının piyi və nəhayət, zülallar da parçalanmağa başlayır; xəstə arıqlayır. Temperatur nə qədər yüksəkdirsə, nə qədər çox davam edirsə və fərq nə qədər çoxdursa, xəstə də bir o qədər çox arıqlayır.
Xəstə orqanizmin itkisini doldurmaq, həmçinin infeksiyaya qarşı onun müqavimətini artırmaq üçün xəstəyə qüvvətli yeməklər verilməlidir. Mədə-bağırsaq yolları funksiyasının lazımi dərəcədə olmadığını nəzərə alaraq, qızdırmalı xəstəyə yüksək kalorili və asan mənimsənilən yeməkləri duru və yarımduru şəkildə vermək lazımdır.
İştaha xeyli azaldığına görə qidanı tez-tez – sutkada 6-7 dəfə vermək lazımdır; bunun üçün axşam saatlarından, temperatur bir qədər düşdüyü üçün hətta gecə saatlarından da istifadə edilir. Lakin maddələr mübadiləsinin pozulması yalnız yanmanın artmasından ibarət olmur, həm də yanma axıra qədər getmir və natamam mübadilə məhsulları, habelə mikrob toksinləri (qızdırma infeksiondursa) orqanizmdə yığılaraq, hüceyrə və toxumaları zəhərləyir. Böyrəklərin funksiyası zəiflədiyinə görə zəhərli məhsullar bədəndən az çıxır.
Xəstələr qızdırma dövründə susuzluq hiss edirlər və həvəslə su içirlər. Onlara tez-tez, hər 20-30 dəqiqədən bir az-az maye içməyi təklif etmək lazımdır; mayelərlə bir yerdə vitaminlər, xüsusilə C və A vitamini vermək məsləhət görülür, çünki qızdırma zamanı mübadiləsi pozulmuş orqanizmin bu vitaminlərə tələbatı artır. Bu məqsədlə tərəvəz, meyvə və giləmeyvə şirəsi, itburnu dəmləməsi, süd, çay, mineral sular vermək lazımdır. Qızdırmalı xəstələrin orqanizminə çoxlu maye yeritməklə qanda zərərli maddələrin miqdarı azaldılmış olur və beləliklə, xəstənin halı yaxşılaşır. Çoxlu maye yeritmək zərərli maddələrin xaric olunmasını yaxşılaşdırır və onlar yalnız böyrəklər vasitəsilə deyil, dəri və selikli qişalarla da xaric olur.
Qızdırmalı xəstənin dietasında xörək duzunun azaldılması sidiyin xaric olunmasının artması və iltihabi prosesin azalması üçün şərait yaradır.
Qızdırma zamanı ürək-damar və tənəffüs sistemlərinin funksiyalarındakı pozulma arterial təzyiqin enməsi, nəbzin və tənəffüsün temperatura mütənasib olaraq tezləşməsi şəklində təzahür edir. Belə hesab edilir ki, bəzi istisnalarla temperaturun 10C yüksəlməsi orta hesabla nəbzin dəqiqədə 8-10 vurğu artmasına səbəb olur.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin