Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


İnvestor kimi innovator da yenilikçiliyin reallaşdıniması



Yüklə 2,16 Mb.
səhifə81/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   76   77   78   79   80   81   82   83   84
C fakepathmuhazire toplusu

İnvestor kimi innovator da yenilikçiliyin reallaşdıniması haqqında qərar qəbul edərkən investisiyaların gəlirliliyinin aşağı sərhəddinin müəyyən edilməsi problemi ilə qarşılaşırlar. Bir qayda olaraq problem qismində mənfəət norması çıxış edir.
Mənfəət normasını innovator və investor müxtəlif nöqteyi - nəzərdən müəyyən edir.

Yeniliyi reallaşdıran təşkilat daxili məhdudiyyətlərə əsaslanır ki, onlara da ilk növbədə kapitalın qiyməti, istehsalın daxili tələbatı (istehsal, texniki, sosial proqramların reallaşdırılması üçün zəruri olan xüsusi vəsaitlərin həcmi).
Yenilikçiliyin reallaşdırılmasında əsas kimi qəbul olunan xarici amillərə aşağıdakılar aiddir:
•bank depozitlərinin stavkaları;
•kapitalın cəlb olunma qiyməti;
•sahələr və sahələrarası rəqabət şərtləri.
İnnovator şirkətin rəhbərliyi minimum bir alternativ investisi)[a ilə qarşılaşır. Bu müvəqqəti sərbəst vəsaitlərin bank depozitlərinə yaxud da, əlavə yüksək riskli fəaliyyət olmadan zəmanətli gəlir götürməklə, dövlətin qiymətli kağızlarına qoyuluşudur. Ona görə də innovasiya layihələrinin gəlirliliyi bank idepozitləri üzrə stavkaları və dövlətin qiymətli kağızlarının ödənilməsi gəlirlərini üstələməlidir.
Mənfəətin daxili normasının müəyyən edilməsinə rəqabətin təsiretmə mexanizmi birdəfəlik işləmirsahənin gəlirliliyi innovatorun istehsal rentabelliyindən yüksək ola bilər. Bu istehsalın müxtəlif miqyasları ilə əlaqədardır: iri şirkət məhsulun rəqabət qabiliyyətini və bazarın çox hissəsini nəzarət altında saxlamaqla qiymətləri qəsdən endirə bilər. Bununla şirkət böyük həcmlərdə satışla kifayət qədər mənfəətin həcmini təmin edir.Ona görə rentabelliyin orta qiymətləri üzrə mənfəət normasını müəyyən etməklə onu bir qayda olaraq istehsalın miqyası ilə ölçürlər (bax: cədvəl).

Xarici investor innovasiya layihəsinin mənfəət normasını müəyyən edərək vəsaitlərin qoyuluşlannın alternativlərini rəhbər tutur. Bu zaman qoyuluşların riski və onların gəlirliliyi bir qayda olaraq investisiyalann ən az risklə investora kiçik gəlirlərin gətirməsilə ölçülür. Ona görə innovasiyalann maliyyələşdirilməsi haqqında qərarlann qəbulunu investor özünün maliyyə strategiyası ilə uzlaşdırır (riskə meyllilik, riskin qabağının alınması). Maliyyə vasitələrində investisiyalann risklərini maliyyə menecerləri qiymətləndirir.
İnnovasiya layihələrinin maliyyələşdirilməsi haqqında qərar qəbul edən investorlar riskin səviyyəsini mənfəət normasına əlavə edirlər



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin