Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


İnnovasiya fəaliyyətində layihələrin və proqramların



Yüklə 2,16 Mb.
səhifə77/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   73   74   75   76   77   78   79   80   ...   84
C fakepathmuhazire toplusu


14.3 İnnovasiya fəaliyyətində layihələrin və proqramların investisiya cəlbediciliyi

İnnovasiya layihələrinin və proqramlarının investisiya cəlbediciliyi amillərini şərti olaraq 2 qrupa bölmək olar: maliyyə - iqtisadi və iqtisadiyyatdan kənar. Əksər hallarda investoru cəlb edən maliyyə göstərici İlərinin yüksək olmasıdır. Lakin elə hallar da olur ki, innovator yeniliyin iqtisadi baxımdan bilavasitə cəlbedici olmamasına baxmayaraq həmin yeniliyi reallaşdırmağa məcburdur.
Məsələn, ekoloji tədbirlər demək olar ki, həmişə mənfi maliyyə göstəricilərinə malik olduğuna baxmayaraq öz yüksək imicinin qeydinə qalan sənaye firmaları bu sahədə fəal iş aparırlar.
İnnovasiyaların investisiya cəlbediciliyinin iqtisadiyyatdan kənar digər amillərinə həm sonradan praktiki reallaşdırma üçün ideyanın, həm də innovator müəssisənin sahəvi mənsubiyyəti göstərmək olar. İnnovasiya layihəsi son dərəcə cəlbedici olduğu halda onu yalnız bu səbəbdən rədd edə bilərlər ki, innovator – firmanın layihə reallaşdırılacaq sahədə kifayət qədər iş təcrübəsi olmasın.
Yaxud əksinə, əgər sahələrarası diversifıkasiya- dan söhbət gedirsə firma bazarın alternativ seqmentlərini axtarmağa məcbur olur. Keçid dövrü üçün səciyyəli dəyişikliklər şəraitində Rusiyada öz bazar seqmentini tələbata müvafiq olaraq operativ şəkildə dəyişməyə nail olmuş təşkilatlar maliyyə - təsərrüfat baxımından daha yaxşı vəziyyətdə oldular. Məsələn, “QAZ SC”-nin rəhbərliyi böyük tonnajlı yük avtomobillərinə - tələbatın böhranlı dərəcədə azalacağını vaxtında hiss etmiş və “ZİL SC” - nin ali menecmenti tərəfindən bu proqnoza məhəl qoyulmamışdır. Nəticədə Qorki Avtozavodunun işçiləri “Qazel” markalı yeni populyar mikroyük maşını ilə bazarın yeni seqmentini ələ keçirmiş və özünün ödənmə qabiliyyətini saxlamışdır. Moskva Avtozavodunda isə böyük tonnajlı yük avtomobillərinin buraxılışı davam etmiş, lakin onlara tələbat olmamışdır. Bazar seqmentinin dəyişməsi yalnız dörd ildən sonra baş verdi və rəqabət üstünlüyü itirildi. 1997 - ci İlin ortalarında “ZİL SC” - nin maliyyə vəziyyətinə görə onun müflisləşməsi haqqında qərar qəbul etmək lazım gəldi.
Sahə üzrə investisiya cəlbediciliyi innovator – firmanın strategiyası ilə müəyyən edilir. Buna görə də novasiyalar bazarında yeniliyin rəqabət qabiliyyətini təmin etmək üçün sahə üzrə marketinq təhlili aparılır, sahəyə görə investisiya cəlbediciliyinin müxtəlif reytinqləri yaradılır.
İnnovasiyanın investor üçün cəlbediciliyini müəyyən edən mühüm qeyri - iqtisadi amil innovatorun imici və nüfuzudur.
İnvestisiya cəlbediciliyi iqtisadi baxımdan həm innovasiyanın daxili xarakteristikaları (investisiyaların gəlirliliyi, layihənin həyata keçirilmə müddəti və s.), həm də maliyyə resurslarının və onların mənbələrinin cəlb olunması şərtləri ilə müəyyən edilir.
İnnovasiya fəaliyyətinə investisiya qoyulması həm məxüsusi, həm də cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilə bilər. İndiki dövrdə Azərbaycan Respublikasının müəssisələri üçün investisiyaların əsas mənbəyi onların öz mənfəəti və amortizasiya ayırmalarıdır. Bundan əlavə innovasiya fəaliyyəti üçün investisiya fondu natural formada və ya sponsorların maliyyə köməti şəklində təmənnasız sərmayə qoyuluşları hesabına genişləndirilə bilər.
Qərbdə şirkətin xüsusi vəsaitlərinin artırılmasının ən populyar üsulu səhmlərin emissiyasıdır. Lakin, xüsusi vəsaitlərin başqa mənbələrindən fərqli olaraq, bu resurs puludur, çünki səhmdarlar səhm almaqla dividentlərini gözləyirlər. Dividentlərin məbləğinin kifayət qədər olmaması ona gətirib çıxara bilər ki, innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üçün buraxılmış yeni səhmləri yerləşdirmək mümkün olmasın. Ölkəmizdə korporativ münasibətlər hələ formalaşmaqda davam edirlər. Bu səbəbdən də innovasiya fəaliyyəti üçün qiymətli kağızların emissiyası çox nadir hallarda həyata keçirilir.

Faizsiz ssudalar müstəsna olmaqla, cəlb edilmiş kapital qaytarılmaq, müddətlilik və pulluluq şərtləri daxilində verilir, yəni kapitalın bu növü müxtəlif formalı kreditlər deməkdir. Kreditvermənin ənənvi forması ilə yanaşı innovasiya fəaliyyətində lizinq, forfeytinq və françayzinq də geniş yayılmışdır.

Lizinq dedikdə maşın və avadanlıqların 20 ilə qədər uzunmüddətli icarəsi başa düşülür. Bu halda icarəyə verən öz hesabına zəruri avadanlıq alır və onu icarəçiyə icarəyə verir. Avadanlıq üzərində mülkiyyət hüququ onu icarəyə verəndə qalır. Lizinq müqaviləsinin müddəti başa çatdıqda, icarəçi icarəyə götürdüyü əmlakı icarəyə verənə qaytarmaq və ya lizinq obyektini qalıq dəyəri ilə satın ala bilər. İcarəyə götürülmüş əmlakın istismarda olduğu bütün müddətdə icarəçi həmin əmlakdan istifadə edilməsinə görə haqq ödəyir. Buraya əmlakın amortizasiyası və icarəyə verənin gəliri daxildir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin