Cədvəl 13,5
Cash Flow diaqramı üçün məlumatlar (mln $)
İlər
|
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
2000
|
Cash
|
-2,6
|
-3,3
|
15,2
|
15,2
|
15,2
|
15,2
|
15,2
|
Layihənin diskontlaşdırma əmsalının müəyyən olunması
Diskontlaşdırma ( d ) əmsalını hesablamaq üçün əsas düstur belədir:
d = a + b + C
Burada a - kapitalın qəbul olunan qiyməti; b - baxılan layihə tipi üçün riskin səviyyəsi; c - valyuta bazarında işin risk səviyyəsidir.
d = (0,14+ 0,3+ 0,4) = 0,21
Xalis diskontlaşdırılmış gəlirin ( XDG ) və xalis cari dəyərin (XCG) müəyyən olunması
XDG hesablanması üçün düstur aşağıdakı kimidir:
0 + r f )
Layihənin gəlirlilik indeksi və orta illik rentabellilik səviyyəsi Gəlirlilik indeksi- diskontlaşdınimış gəlirlərin cəminin diskontlaşdırılan xərclərin cəminə nisbətilə hesablanır.
Gəlirlilik indeksi
Layihənin orta illik rentabelliyi
Daxili gəlirinik normasının (DGN)
MÖVZU 14. İNNOVASİYA LAYİHƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ MEXANİZMİ
14.1 Müəssisə səviyyəsində innovasiya layihələrinin növləri
14.2 İnnovasiya fəaliyyəti investisiyalaşdırma obyekti kimi
14.3 İnnovasiya fəaliyyətində layihələrin və proqramların investisiya cəlbediciliyi
14.4 İnnovasiya layihələrinin maliyyələşdirilməsində mənfəət norması
14.1 Müəssisə səviyyəsində innovasiya layihələrinin növləri
Layihələrin növləri və formaları həddindən artıq çoxdur. Lakin bu layihələrin təyinatı və məqsədinə görə qruplaşdırıl- ması əsasında onun formalarının təsnifatı müəyyən edilmişdir. İnvestisiya layihələrinin formaları əsasən aşağıdakılardır:
1.Müəssisədə istehsal yönümünün yəni, mövcud biznesin saxlanılması şərti ilə və istehsal həcminin saxlanılması şərti ilə köhnəlmiş avadanlıqların dəyişdirilməsi. Adətən belə layihələr geniş əsaslandırma tələb etmir. Bəzi hallarda texniki baxımdan çox variantlı layihələr işlənilirsə, onlardan ən üstün variant seçilir və həyata keçirilir.
2. Cari istehsal xərclərinin azaldılması məqsədilə avadanlıqlann dəyişdirilməsi. Belə layihələrdə məqsəd istehsalatda istifadə edilən tlziki və mənəvi cəhətdən aşınmış avadanlıqların onlardan bu və ya digər cəhətlərinə görə üstün olan avadanlıqlarla dəyişdirilməsidir ki, nəticədə istehsal xərcləri azaldılır. Bu tip layihələrdə ayrı-ayrı layihələrin işlənilnjəsi həyata keçirilə bilər. Variantlar seçilərkən bəzən texniki |cəhətdən üstün olan variant iqtisadi cəhətdən əlverişli olmaya da bilər. Odur ki, qəbul ediləcək variantın əsaslandırılmasına xüsusi diqqət yetirmək lazımdır.
3. (Vləhsul buraxılışını artırmaq və ya xidmət bazarını genişləndirmək məqsədilə olan layihələr. Belə layihələr daha ciddi qərarlar qəbul edilməsini tələb edir və odur ki, qərar qəbul edilərkən daha geniş təhlil aparmaq lazımdır.
4. Yeni məhsul mənimsəmək məqsədilə yaradılan layihələr. Bu tip layihələr yeni strateji həllər nəticəsində yaranır və bu biznes fəaliyyətində köklü dəyişiklərin aparılmasını tələb edir. Odur ki, belə layihələrin təhlili zamanı təhlilin bütün mərhələləri eyni dərəcədə vacib olur. Belə layihələrin təhlilində buraxılan cüzi səhvlər çox xoşa gəlməyən nəticələrə səbəb ola bilər ki, bu da layihlərin həyata keçirilməsinə mane ola bilər.
5. Ekoloji cəhətdən gərginliyin aşağı salınması üzrə olan layihələr. Belə layihələr ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar olur. Odur ki, təhlil zamanı əsas üstünlük ətraf mühitin ekoloji cəhətdən qorunmasına verilir. Layihənin qəbulu üzrə qərarlar qəbul edilərkən, qarşılıqlı ziddiyyət təşkil edən (yəni dilemma) aşağıdakı qərarlardan biri qəbul edilir: ya ən mükəmməl və baha olan avadanlıqlardan istifadə etməklə layihə həyata keçirilsin və ya, ən ucuz avadanlıqlardan istifadə etməklə ekoloji tarazlığa daha çox xərc qoyulsun.
6. Qərar qəbul etməkdə daha az əhəmiyyət kəsb edən digər layihələr. Buna misal olaraq - müəssənin yeni ofisinin tikilməsi, qarajların genişləndirilməsi və qeyri istehsal təyinatlı bu kimi layihələr göstərilə bilər.
Dostları ilə paylaş: |