Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Mövzu 13.İnvestisiya layihələrinin menecmenti



Yüklə 2,16 Mb.
səhifə71/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   67   68   69   70   71   72   73   74   ...   84
C fakepathmuhazire toplusu

Mövzu 13.İnvestisiya layihələrinin menecmenti
Plan:

  1. İnvestisiya qoyuluşu layihələrinin reallaşdırılması prinsipləri.

  2. İnvestisiya layihələrinin qiymətləndirilməsi metodologiyası.

  3. İnvestisiya layihələrinin gəlirliliyinin qiymətləndirilməsi



13.1.İnvestisiya qoyuluşu layihələrinin reallaşdırılması prinsipləri.

İnvestisiya fəaliyyətinin mövcud vəziyyəti-cəmiyyətinin inkişafının və onun iqtisadiyyatının əsas indikatoru hesab edilir.Ona görə də təhlil zamanı neqativ amillərin tam sektoru tətqiq olunur.Birinci yerdə sosial-siyasi amillər ,sonra isə iqtisadi,təşkilatı –idarəetmə və informasiya amillərdir.


Bir çox yerli və xarici ekspertlər Azərbaycan bazarının investisiya tutumunu bir neçə yüz milyard dollarla qiymətləndirirlər.
Təhlillər göstərir ki, belə imkanların həyata keçməsinə təkcə “iqlim maneələri “ əks təsir göstərmir.
İnvestisiya layihələrinin səmərəliyinin qiymətləndirilməsinin əsasını onların həyata keçirilməsi xərclərinin və nəticələrinin müəyyən edilməsi və nisbəti təşkil edir.
İlkin əsaslandırmalar aşağıdakı 4 prinsipin müəyyən olunmasını nəzərdə tutur:
1.İnvestisiya imkanları o qədər çox ümidverici olmalıdır ki,ilkin tətqiqatlar mərhələsində əldə olunmuş informasiyalar əsasında qəbul oluna bilsin.
2.Layihənin hansısa aspektrləri onun səmərəliyi üçün həlledici əhəmiyət kəsb edir və dərin funksional və ya köməkçi tətqiqatlar tələb edir.
3.Kifayət qədər informasiyaya malik olmalıdır ki, layihə ideyasının konkret investor üçün kifayət qədər cəlbedici olub,olmamasını müəyyən etsin.
4.İnvestisiyalaşdırılan obyektin yerləşdirilməsi nəzərdə tutulan yerdə mühitin vəziyyəti və layihələndirilən istehsalın ona potensial təsiri milli (respublika, beynəlxalq ) standartlara uyğun olmalıdır.
Köməkçi (funksional) tətqiqatlar mərhələsində layihənin hər hansı bir konkret aspektinin işlənib hazırlanması məqsədə uyğundur.Xüsusilə iri miqyaslı investisiya təklifləri üçün daha da məqsədəuyğundur.
Bu zaman aşağıdakılar məsləhət görülür:
-investisiyalaşdırılan obyektin istehsal əmtəələri bazarını öyrənmək;
-mövcud və proqnozlaşdırılan qiymətlərlə xammal, material və dəstləşdirici seçmək;
-xammalın və digər resursların konkret növünün yararlığının təyin edilməsi üzrə laboratoriya və təcrübə işlərini yerinə yetirmək;
-layihənin yerləşdiriləcəyi yeri öyrənmək,xüsusilə layihənin həyata keçirilməsi zamanı nəqliyyat xərclərinin müəyyənedici amil olduğunu nəzərə almaq;
-ətraf mühitə texnogen və iqtisadi təsirləri təhlil etmək,yəni ətraf mühitin,az tullantılı,qənaətcil və təbiəti mühafizə edən texnologiyaların,xammalın alternativ növlərinin cari vəziyyətini qiymətləndirmək.Alternativ texnologiyaların seçilməsi,zəruri investisiya və istehsal xərclərinin təyini ilə əlaqədar istehsalın optimal həcminin tətqiqi və layihələndirilən məhsulun (yerinə yetirilən işin və göstərilən xidmətlərin) qiymətlərinin tətqiqi.
-malgöndərənlərin imkanlarını və alternativ əsasla xərcləri nəzərə alaraq avadanlığı seçmək.
Beləliklə,bu təhlilə daxildir:

  1. Emal üçün yararlı olan təbii resurslar.

  2. Əmtəələrə olan gələcək tələbat,onların idxalı.

  3. Layihənin ətraf mühitə təsiri.

  4. Azalan,yaxud yüksələn inteqrasiya əsasında mövcud istehsalın mümkün genişlənməsi.

  5. Diversifikasiyanın məqsədyönlüyü.

  6. Ölkədə və xaricdə ümumi investisiya ab-havası.

  7. Sənaye siyasəti və başqaları.

İnvestisiya layihəsinin imkanlarının təhlili üstün xarakter daşıyır və detallar üzrə təhlilə nisbətən yüksək dərəcədə ümumi qiymətlərlə əsaslandırılır.Belə ki,məsələn,xərclər haqqında məlumatlar material ehtiyatlarını göndərənlərin məlumatları əsasında yox,analoji layihələr üzrə qabul edilir. Layihə imkanları təhlilinin yerinə yetirilməsi üçün zəruri olan informasiyanın hazırlanmasına, investisiya obyektinin prinsipial həyata keçirilmə imkanlarının aşkara çıxarılması üçün nəzərdə tutulursa, onda mühüm xərclər cəlb olunmalıdır. Belə təhlilin məqsədi layihələrin imkanlarını,tez və lazım olmayan xərcləri qiymətləndirməkdir (aşkar etməkdir)
9.1 cədvəlində göstərilən informasiya “Müxtəlif təsərrüfat sistemlərinin ilkin şərtlərindən nə ilə fərqlənir ? “sualına müəyyən cavab verir, 9.1 cədvəlinə görə keçmiş SSRİ –də ,Qərbin inkişaf etməkdə olan ölkələrində,müasir Rusiyada və MDB ölkələrində bir-birindən fərqlənir.
Son illər ərzində ölkəmizdə ciddi investisiya layihələri üçün şərtlər formalaşmağa başlamışdır.Ona görə də müxtəlif təsərrüfat sistemləri üçün müqayisəli təhlilərin aparılması zəruridir.
Tətqiqatlar göstərir ki, investisiya layihələrinin səmərəliyinin qiymətləndirilməsi prinsipləri aşağıdakılara nəzərən aparılmalıdır.

  1. Strukturun quruluşu nöqteyi nəzərdən.Müxtəlif təsərrüfat sistemlərinin mühüm fərqlərinə baxmayaraq (mülkiyyət forması,qimətləndirmə və s.) investisiya layihələrinin dəyərləndirilməsinə yanaşmada eynilik çoxdur.

  • Metodoloji prinsiplər – layihə ilə birbaşa bağlı,onun xüsusiyyətləri ilə iqtisadi və maliyyə cəhətdən əlverişliyi ilə bağlı;

  • Əməliyyat prinsipləri – İnformasiya – hesablama nöqteyi nəzərdən layihənin səmərəliyinin qiymətləndirmə prosesini həyata keçirən.

  1. Məzmunu nöqteyi nəzərdən.

●Metodoloji prinsiplər:

  • Layihənin səmərəliyi.Bu halda onun həyata keçirilməsi səmərəliyinin müsbət olmaöını nəzərdə tutur.Yəni,gəlirlər xərcləri üstələyir.Layihənin mütləq səmərəliyi yerinə yetirilməlidir

Cədvəl 9.1
Müxtəlif təsərrüfat sistemli ölkələrdə investisiya layihələrinin ilkin şərtlərinin müqayisəli təhlili

N


Şərtlər

Keçmiş
SSRİ

Qərbin iqtisadi
inkişaf etmiş
ölkələrində

Müasir Rusiya
və MDB ölkələrində

1


Təsərrüfat idarəetmə sistemi

Direktivmərkəzləşmiş planlaşma,idarəetmə və məhsulun paylaşması

Qarışıq- stasionar,
dövlət,bazar

Keçid-qeyri stasionar

2


Mülkiyyət forması

Yeganə dövlət

Mülkiyyət formalarının çoxluğu,kollektiv, dövlət

Dövlət mülkiyyətinin intensiv reformasiyalaşdırılması

3

Layihənin forması

Plan nəticələrinə nail olmaq

Gəlir mövcudluğu bazarda saxlamaq,payını artırmaq

Stabilliyin artımı,kommersiya nəticələrinin alınması

4


Layihələrin istiqamətlən-dirilməsi

Ekstensiv inkişaf

Yeni texnologiyalar,iqtisadi təmiz istehsalat,ekoloji müdafiə

Layihənin valyuta ödəməsinin tez nail olunması

5


İnvestisiya layihələrinin iştirakçıları

Dövlət,dövlət müəssisələri

Dövlət,banklar,
Investorlar

Fondlar,firmalar və başqaları

6


Nəzərə alınan maraqlar

Əsasən dövlət, hissə ilə təsərrüfat

Prioritetlərin olmaması



İnvestisiya nəticələrinin qeydiyyatının zəruriliyi

7


Layihənin maaliyyələşdir-mə mənbələri

Daxili dövlət büdcəsi,dövlət müəssisələrinin vəsaitləri

Daxili,xarici,şəxsi vəsaitlər

Çoxkanallı sistemlər

8

Layihələrin işlənmə formaları

Dövlət kapital qoymalarının planı

Gəlirin paylaşması,aksiya buraxılışı,bankarın krediti

Xarici kredit xəttləri,hökumət zəmanəti ilə mərkəzi bankdan direktiv kreditlər

9

Dəyərlənmənin informasiya bazası

Dəqiq və nisbi stabillik

Nisbi stabil

Qeyri-stabil

10

Qiymətlər

Dövlət nəzarəti altında

Əsasən azad,bazar təyin edir

Qarışıq sistem:
bir hissə azad
bir hissə dövlət

11

Layihınin yerinı yetirilməsinə nəzarət üsulları

İnzibati

İqtisadi

Çətinləşib,zəif

12

Layihənin yerinə yetirilmə şərtləri

Yüksək

-

Aşağı

13

Layihənin yerinə yetmə ehtimalı

-

Aşağı iqtisadi

Yüksək

14

İnvestisiyaların riski

-

Aşağı iqtisadi

Yüksək
(siyasi,iqtisadi,kriminal)

15

Layihələrin davaml

Əksəriyyət

Uzun müddətli

Əsasən qısa müddətli

16

İnvestisiya layihələrinin qiymətləndirilməsi metodları

Dövlət tərəfindən təsdiq olunmuş işçi

Xarici təşkilatların təqdimatı ilə seçilir

İnvestor və ya zəmanətçi kimi dövlət iştirak edirsə istifadə olunan üsullar maraqlı dövlət strukturları ilə razılaşdırılır.

Müasir qərb təsərrüfatı sistemlərinin ilkin şərtlərinin müqayisəli təhlilini həyata keçirək.



  • Tam uyğunluq.Layihənin istifadəsi üçün nəzərdə tutulmuş obyektin quruluşunu və xarakteristikasının düzgün əks etdirməsini təmin etmək lazımdır.Bu zaman çalışıb düzgün keyfiyyətli göstəricilərə əsaslanmaq azdır.Yəni,onların qeyri-müəyyənliyini də nəzərə almaq lazımdır.

  • Monotonluq.Yəni,nəticələrin çoxaldığında və xərclərin azaldığında səmərənin dəyəri mütləq yüksəlməlidir.

  • Antisimmetriklik.Yəni,2 layihəni uyğunlaşdırma zamanı birinin üstünlüyünün miqdar göstəricisi,o birisinin qüsur göstəricisi ilə üst-üstə düşməlidir.

Eij = Eji

  • Tranzitivlik, yəni əgər 1-ci layihə 2-cidən yaxşısıdırsa, 2-ci 3-cüdən yaxşısıdırsa, onda 1-ci 3-cüdən yaxşı olmalıdır.

Ej > Ek və Ek > Ei —> Ej > Ej


Ek , Ej , Ei –k, j, i variantları üzrə alınan dəyərlərdir.



  • Sistemlilik.Daxili və xarici sistemlərin birliyi.

  • Komplekslilik.Layihə realizə olunandan sonra nəticələrin başqa sahələrə də yayılması nəzərə alınmalıdır.Bu zaman iqtisadiyyatdan kənar nəticələr 3 qrupa bölünür:

  • Birbaşa iqtisadi qiymət.

  • Birbaşa iqtisadi sistem.Lakin, bu halda informasiya bazası və onu təyin edən alqoritimlər nəzərə alınır.

  • Qiymətləndirmədə fərziyələrə yol verilmir.

Sonuncu iki halda iqtisadiyyatdan kənar nəticələr ekspert səviyyəsində əldə edilir.
Kompleks yanaşma başqa aspektrlərdə yayılır.Məsələn,zaman aspektri,harada ki,layihənin bütün həyat dövrünü dəyərləndirmək lazımdır.O cümlədən onun 3 dövrünü : investisiyaqabağı, investisiya, istismar dövrünü quymətləndirmək lazımdır.

  • Resursların mahiyyəti . Səmərəliliyinin dəyərləndirilməsi zamanı nəzərə almaq lazımdır ki, resursların yenidən istehsal olunan və istehsal olunmayan bütün növləri mövcuddur, ona görə də onların istifadəsi və xərclənməsi üçün müvafiq qiymətləri nəzərə almaq lazımdır.

  • Tələbatın qeyri- məhdudluğu.

Resursların ümumi tələbatı məhdud olmadığına görə müvcud olan məhdud resurslardan daha səmərəli istifadə oluna bilər.Ona görə də resursların daha səmərəli istifadəsi,müvafiq layihələrin seçimi məsələlərinin həll edilmişi mümkündür.
Metodik prinsiplər.
Əgər diqqətimizi kommersiya məqsədi ilə işləyən layihələrə cəmləsək,onda daha mühüm sayılan qaydalar bunlardır:

  • Layihənin xüsusiyyəti;

  • İnvestisiya prosesinin müxtəlif hissələrinin mövcudluğu;

  • Prosesin dinamikası;

  • Xərc və nəticələrin eyni dəyərsizliyi; qeyri- uyğunluğu;

  • Uyğunluq;

  • Məhdudlaşmış idarəetmə;

  • İnformasiyanın yalnışlığı;

  • Kapitalın quruluşu;

Əməliyyat prinsipləri:

  • Modelləşmə;

  • Kompüter dəstəyi;

  • İnteraktiv rejimin təşkili və s.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin