Namizədin şəxsi keyfiyyətləri və onun qiymətləndirmə meyarı Sertifikat almış layihə meneceri layihə üzrə müxtəlif sənədləşmə, insan faktoru və digər işlər ilə bağlı bütün problemləri pozitiv və konstruktiv manevralar ilə həll etməlidir. Layihə meneceri aşağıdakı prinsipial xesusiyyətlərə malik olmalıdır:
Praktiki məsələləri həll etməyi bacarmalıdır –“bu işi bacararam” – inamı olmalıdır. Layihənin digər iştirakçıları ilə birlikdə praktiki məsələləri həll etməyi bacarmalıdır.
Ümumi düşüncə -layihənin mənasını, effektivliyini, proqnozlaşdırılmasını, riskli və mürəkkəb qərarlar qəbul etməyi bacarmalıdır, yəni “vaxtında qəbul edilmiş zəif qərar, gecikmiş güclü qərardan yaxşıdır!” prinsipinə əməl etməlidir.
Açıq zəka –imkan daxilində yeni ideyaları, metodları və vasitələri qəbul etmək bacarığı olmalıdır.
Uyğunlaşma – layihənin xüsusi şərtlərinə, o cümlədən sifarişçinin ətraf mühitin və layihə iştirakçılarının tələblərinə uyğunlaşmaq üçün modal düşüncə və çevik davranış qabiliyyətinə malik olmalıdır.
Yaradıcılıq –daima innovasiya strategiyası axtarmaq və yeni metod və üsullardan istifadə etmək qabiliyyəti olmalıdır.
Riskli hərəkətləri – riski qiymətləndirmək və dərketmək qabiliyyəti və düşünülməmiş, hesablanmamış riskə getmək.
Hüquq bərabərliyini pozmamaq – layihələrin idarə edilməsi sahəsində əsas yer tutan insan faktorunda ikili standartdan uzaqlaşmalı, münasibətlərdə şəffaflığı təmin etməli və hamıya eyni səviyyədə yanaşmalıdır.
Öhdəlik –layihənin uğurla başa çatmasını təmin etmək məqsədilə öhdəliklərin götürülməsi, istifadəçiləri. komandanın üzvlərini razı salmalıdır.
Texnikaya münasibət – yeni informasiya texnologiyalarının inkişafını nəzərə alaraq layihələrin idarə edilməsi sahəsində planlaşdırma və idarəetmə proseslərində fərdi kompüterlərdən səmərəli istifadə etməyi bacarmalıdır. Lakin nəzərə almaq lazımdır ki, müasir idarəetmə sistemlərində layihə menecerinin kompetensiyasının qiymətləndirilməsində onun şəxsi peşəkar keyfiyyətləri böyük rol oynayır. Bu keyfiyyətlər ona layihənin iştirakçılarını bir yerə yığmağa və düzgün istiqamətləndirməyə imkan verəcəkdir. Layihənin idarə edilməsinə cəlb olunmuş heyətin şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi müəyyən parametrlər əsasında aparılır. Bu parametrlərin əksəriyyəti aşağıdakı kimi öz əksini tapmışdır: