Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə69/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   65   66   67   68   69   70   71   72   ...   84
C fakepathmuhazire toplusu

Ünsiyyətçilik qabiliyyəti;

  • Təşəbbüskarlıq, işgüzarlıq, işə həvəsi, əsaslandırma qabiliyyəti;

  • Təmaslıq, səmimiyyətlilik;

  • Həssaslıq, özünənəzarət, qiymətləndirmə qabiliyyəti, cavabdehlik, daxili intizam;

  • Münaqişələri həll etmək, əsaslandırma mədəniyyəti, ədalətli olmaq;

  • Qərar çıxartma, sistemli düşünmə qabiliyyəti;

  • Riayətkarlıq, həmrəylik, kömək etmək qabiliyyəti;

  • Liderlik qabiliyyəti;

    Bu xarakteristikaların köməyilə namizədlər özü-özlərini qiymətləndirə bilər. Bu qiymət müstəqil ekspertin qiyməti kimi də qəbul oluna bilər.
    Münaqişələr və böhranlar
    Münaqişələrin idarə edilməsi narazılıqların məharətlə həll edilməsi mədəniyyəti deməkdir. Müəyyən tədbirlərə və mövcud qaydalara baxmayaraq layihənin ilkin mərhələlərində və ya müqavilələr bağlanarkən münaqişənin əsası qoyula bilər. Onlar bütün səviyyələrdə, əsasən aşağıdakı səbəblərə görə meydana çıxır :

    • işdə müxtəlif maraqlara malik olan tərəflər iştirak edir və bu da onların hansısa bir məqamda toqquşması ilə nəticələnir;

    • müxtəlif xarakterli insanların bir kollektivdə çalışmağa məcbur edilməsi onları münaqişə vəziyyətinə çatdırır.

    Münaqişələr layihədə dəyişikliklər tələb edir məqsədə nail olmaq üçün müəyyən problemlər yaradır. Münaqişələr həm də əməkdaşlıqların təkmilləşdirilməsinə və layihənin nəticəsinə müsbət təsir göstərə bilər. Münaqişələr bir, iki və daha çox şəxslər, habelə müxtəlif tərəflər arasında baş verə bilər və müxtəlif şəxsləri özünə cəlb etməklə zamandan asılı olaraq özünü biruzə verir. Böhran münaqişənin xüsusi bir halıdır. O, problemlərin yoluna qoyulması üçün lazımi səviyyədə imkanların olmaması ilə səciyyələnir. Münaqişələrin idarə edilməsi elə istiqamətlənməlidir ki, problemlərin həlli müsbət nəticələnsin, əməkdaşlıq daha da möhkəmlənsin. Münaqişələrin həll üsulları kimi yeni təyinatları, əməkdaşlıqları, qarşılıqlı güzəştləri, xəbərdarlıqları, şəxsi və ya digər maraqların tarazlığından asılı olan vəzifə səlahiyyətlərini misal göstərmək olar. Münaqişələrin birlikdə tənzimlənməsi bütün tərəflərin bu istəyə malik olmasını tələb edir və problemlərin həlli müvafiq qaydalar əsasında neytral vasitəçi tərəfindən yerinə yetirilir.

    Yüklə 2,16 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   65   66   67   68   69   70   71   72   ...   84




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin