Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Aşağı: Namizəd bilik elementlərinin müəyyən hissəsini bilir və bu element üçün məlum meyarları göstərməyi və izah etməyi bacarır. Orta



Yüklə 2,16 Mb.
səhifə67/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   63   64   65   66   67   68   69   70   ...   84
C fakepathmuhazire toplusu

Aşağı: Namizəd bilik elementlərinin müəyyən hissəsini bilir və bu element üçün məlum meyarları göstərməyi və izah etməyi bacarır.
Orta: Namizəd mükəmmək biliyə malikdir. Meyarları seçməyi və müvafiqini tətbiq etməyi bacarır, eyni zamanda onların nəticələrini yoxlayır.
Yüksək: Namizəd xüsusi biliyə malikdir və meyarları qiymətləndirməyi, yaratmağı və müvafiqlərini birləşdirməyi bacarır, eyni zamanda onların nəticələrini yoxlayır.
Təcrübə
Aşağı: Namizəd bir sahəyə məxsus olan layihənin həyat dövrünün bir və ya bir neçə mərhələsinin idarə edilməsində kiçik təcrübə qazanmışdır.
Orta: Namizəd müxtəlif sahələrə aid olan bir neçə layihənin həyat dövrünün əksər və ya bütün mərhələlərinin idarə edilməsində təcrübə qazanmışdır. Beləliklə, namizədin Layihələrin İdarə Edilməsi sahəsi üzrə mühüm bölmələr ilə tanışlığı var və bu sahədə mükəmməl biliyə malikdir.
Yüksək: Namizəd çoxlu sayda müxtəlif layihələri tam həyat dövründə idarə etdiyi üçün böyük təcrübəyə malikdir.

4. Layihələrin idarə edilməsində işgüzar ünsiyyətin mərhələləri.
Hər bir element üçün qiymətləndirmə şkalası aşağıdakı kimidir:

0

Səriştəsi yoxdur

1 – 3

Aşağı səviyyə

4 – 6

Orta səviyyə

7 – 9

Yüksək səviyyə

10

Ən yüksək səviyyə

Asessorlar (imtahan götürən şəxs) namizədin kompetensiyasını aşağıdakı üsullarla qiymətləndirirlər:



  • yazılı imtahan əsasında;

  • namizədin layihə üzrə hazırladığı və təqdim etdiyi hesabat əsasında;

  • müsahibə

Namizədin öz-özünə qiymətləndirilməsi hər bir element üçün müəyyənləşdirilmiş faktiki və tələb olunan biliklərin müqayisəsi əsasında aparılır. Namizədin özünü qiymətləndirilməsi ekspertlər tərəfindən yaxşı qarşılanır və bu, namizədin özünü qiymətləndirmə bacarığına malik olmasını nümayiş etdirir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin