Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə33/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   29   30   31   32   33   34   35   36   ...   82
Audit yeni

Şərtsiz müsbət auditor rəyi maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərəkətinin dürüst əks etdirdiyini, mühasibat uçotunun qüvvədə olan qanunvericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Auditor aşağıdakı şərtlərin yerinə yetirildiyinə əmin olduqda şərtsiz müsbət rəy tərtib edir:

  • auditor yoxlama üçün zəruri olan bütün məlumatları və izahatları olmuşdur;

  • məlumatların kifayətliliyi və düzgünlüyü üçün əhəmiyyətli

olan bütün suallar üzrə tam informasiya mövcuddur;

  • təqdim olunan məlumatlar audit aparılan müəssisənin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;

  • maliyyə sənədləri audit aparılan müəssisə tərəfindən qəbul edilmiş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;

  • hesabatlar həqiqi uçot məlumatları əsasında və müəyyən olunmuş qaydada təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir. Audit prosesində müəssisənin qəbul etdiyi qərarların düzgünlüyü ilə bağlı etiraz və ya şübhə yaranarsa, lakin auditora arqu- mentləşdirilmiş əsaslar təqdim olunarsa auditor rəyində həmin qərarlar göstərilməyə bilər və bu müsbət rəyin şərtsiz olmasına təsir göstərmir.

Auditor rəyinə izahatlar əlavə edildikdə o təkmilləşdirilmiş hesab olunur və müəssisənin fasiləsiz fəaliyyətində qeyri-müəyyənlik problemlərini, yoxlama dövri ərzində uçot prinsiplərinin dəyişməsini, auditin nəticələrinə əsasən yoxlanılan müəssisənin uçotunda lazımi düzəlişlərin aparılmasını, başqa auditorların rəyindən istifadə olunması ilə bağlı izahatları, əvvəlki auditor rəylərinə aid iradları özündə birləşdirə bilər. Audit prosesində inamsızlıq (bir sıra sahələrdə qeyri-müəyyənliklər olduqda) və iradlar (auditorun mülahizələri ilə bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələr arasında ziddiyyət olduqda meydana çıxarsa auditor şərtsiz müsbət rəy verə bilməz.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin