İnvestiya - İstehsal-xidmət təyinatlı obyektlərin tikilməsinə, müasir avadan-lıqlarla təchiz olunmasına və yenidən qurulmasına yönəldilən kapital qoyuluşu.
İnhisar- Müəyyən məhsul-xidmət istehsalı və satışının əhəmiyyətli hissəsini öz əlində cəmləşdirən iri şirkət.
İnhisar qiyməti-İnhisarların satış bazarlarında müəyyənləşdirdikləri qiymət.
İnflyasiya - Tədavüldə tələbdən artıq pul kütləsinin olması.
İnfrastruktur- İstehsal və qeyri-istehsal sahələrinə xidmət göstərən müxtəlif şirkətlərin, müəssisələrin məcmusu.
İpoteka- Müəyyən məbləğdə kredit almaq məqsədilə, əmlakın və torpağın girov qoyulması.