İstehlak büdcəsi- Ailənin gəlir və xərclərinin büdcəsi.
İstehlak dəyəri - Əmtəənin faydalılığı, onun insanın hər hansı bir tələbatmı ödəmək xassəsi.
İstehsal amilləri- Torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti.
İstehsal istehlakı- İstehlakın bir növü olub, bilavasitə istehsal prosesində xammalın, avadanlıqların istifadəsini nəzərdə tutur.
İş qüvvəsi– İnsanın fiziki və mənəvi qabiliyyətlərinin məcmusu.
İşsizlik– iş qabiliyyətli əhalinin bir hissəsinin obyektiv-subyektiv səbəblərlə bağlı istehsal-xidmət dairəsində məşğul olmaması.
K
Kağız pullar- Dövlətin rəsmi qayda-qanunları əsasında, xüsusi formada çap olunmuş pul nişanları.
Kalkulyasiya - Hər məhsul vahidinin xərc növləri üzrə maya dəyərinin hesablanması.
Kartel- İstehsal inhisarçılığının formalarından olub, eyni təyinatlı məhsul istehsal edən şirkətlərin məhsulun həcmi, satış bazar, qiymətlər barədə razılaşması.