Liberalizm- Sahibkarlıq fəaliyyətinin azadlığı və sərbəstliyi.
Limit qiyməti- İstehsal və xidmət dairəsinin konkret bir sahəsinə rəqiblərin daxil olmasının qarşısını almaq üçün kartelin (birliyin) müəyyənləşdirdiyi qiymət.
Limitləşdirmə- Nəyinsə miqdar həddi ilə məhdudlaşdırılması.
Likvidlik- Şirkətin və sahibkarın maliyyə öhdəliklərini ödəmək qabiliyyətini əks etdirən göstərici.
Limit- Məhsul və xidmətin miqdar məhdudiyyəti, yaxud son norması.
Lisenziya - Patent və ixtiralardan istifadə etmək hüququnu təsdiq edən sənəd.
Logistika- Maddi, əmək, enerji ehtiyatlarının hərəkəti, habelə məlumat-informasiya axınının idarə edilməsi, onlara nəzarət nəzəriyyəsi.
Lokal– Yerli, müəyyən hüdudlardan kənara çıxmayan.
Lokal bazar- Bir neçə yaşayış məntəqəsini birləşdirən yerli bazar.