Maddi istehsal- Bilavasitə maddi nemətlərin və əşyaların hazırlanması ilə bağlı olan istehsal.
Maddi-texniki baza - İstehsal proseslərində istifadə olunan istehsal vasitələrinin məcmusu.
Mafiya- Təşkil olunmuş qrup cinayətkarlığı.
Maya dəyəri- Məhsulun istehsal və satışı ilə əlaqədar olan xərclər.
Makler- Birjalarda sövdələşmələrin bağlanması üzrə vasitəçilik edən şəxs.
Marja - Əmtəə-xidmətlərin qiyməti, səhmlərin məzənnəsi, faiz dərəcələri və başqa göstəricilər arasındakı fərqi ifadə etmək üçün istifadə edilən meyar.
Makroiqtisadiyyat - İqtisad elminin ölkənin təsərrüfat həyatının ümumi fəallığının öyrənilməsi ilə məşğul olan və bunun əsasında iqtisadi artım, işsizlik, inflyasiya kimi əsas göstəriciləri müəyyənləşdirib, təhlil edən sahəsi.
Makroiqtisadi siyasət- İqtisadiyyatın tarazlı inkişaf səviyyəsi fəaliyyətinin tənzimlənməsinə yönəlmiş dövlət siyasəti.