Məhsulun son həddi- Əlavə resurs vahidindən istifadə etməklə, istehsal olunan əlavə məhsulun ümumi həcminin dəyişməsinin, istifadə olunmuş resursların miqdarının bölgüsü zamanı bu dəyişmənin bərabər olması.
Minimum əmək haqqı- Ölkədə qanunvericiliklə müəyyənləşdirilmiş əmək haqqının ən aşağı səviyyəsi.
Minimum qiymət- Əmtəə-xidmətlərin satışında müəyyən-ləşən ən aşağı qiymət.
Milli Hesablar Sistemi- Ölkə miqyasında tətbiq edilən milli uçot, statistika sistemi olub, iqtisadi-sosial inkişafın ÜMM, ÜDM, MG kimi ümumiləşdirici parametrlərini əks etdirir.
Mikroiqtisadiyyat - istehsal-xidmət dairəsi şirkətlərinin (subyektlərinin) təsərrüfat fəaliyyətinin təhlili, təşkili və idarəedilməsi problemlərini əhatə edir.