|
|
səhifə | 117/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
«Qаrа bazar» - Əmtəə satıcıları və alıcıları arasında qanunvericiliyin ziddinə olan iqtisadi münasibətlər; kölgə iqtisadiyyatının atributlarından biri.
Qarant – Müəyyən öhdəliyin yerinə yetirilməsinə təminat vermək.
Qarışıq iqtisadiyyat - Bazar və inzibatı-amirlik iqtisadi sisteminin ünsürlərini özündə birləşdirən cəmiyyət.
Qapalı (konvertləşməyən) valyuta – yalnız bir ölkə daxilində işlədilən valyuta.
Qapalı iqtisadiyyat - Əmtəə və xidmətlər ixrac etməyən ölkənin iqtisadiyyatı.
Qeyri-bazar xərcləri - Şirkətin resurslarından istifadə olunmasının alternativ xərcləri.
Qeyri-elastik təklif - Elastiklik əmsalının təklif vahidindən kiçik olması (E<1).
Qeyri-elastik tələb - Elastiklik əmsalının tələb vahidindən kiçik olması (E<1).
Qənaət rejimi - İstehsal-xidmət dairəsində canlı əməkdən, istehsal vasitələrindən qənaətlə istifadə edilməsi.
Dostları ilə paylaş: |
|
|